D.K.Sivçev (Suorun Omollon) adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı — (saxa Д.К. Сивцев - Суорун Омоллоон аатынан Саха Өрөспүүбүлүкэтин Ил Опера уонна Балет театра) — Saxa Respublikasının Dövlət Opera və Balet Teatrı (Yakutiya). Yakutskda yerləşir.[1]
D.K.Sivçev adına Saxa Opera və Balet teatrı | |
---|---|
saxa Д.К. Сивцев - Суорун Омоллоон аатынан Саха Өрөспүүбүлүкэтин Ил Опера уонна Балет театра | |
Ümumi məlumatlar | |
Əvvəlki adı | Yakutsk Musiqili Teatrı |
Teatrın tipi | musiqili teatr |
Əsası qoyulub | 1971-ci il |
Mükafatları | "Qızıl Maska" (2009) |
Teatr binası | |
Tutumu | 643 |
Heyət | |
Direktor | Yuqans Sergey Sergeyeviç |
Yerləşməsi | |
62°01′24″ şm. e. 129°43′08″ ş. u.HGYO | |
Ölkə | Saxa Respublikası |
Yerləşir | Lenin prospekti, ev. 46/1 |
Telefon | Daxili: +7 (4112) 35-49-02 |
|
|
sakha-opera.ru |
D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı - Suorun Omollon SSRİ-də xüsusi olaraq tikilmiş binalardandır. Teatr binası 1982-ci ildə tikilib, son yenidənqurma 2000-ci ildə aparılıb. Teatrın tamaşa salonu 643 yer üçün nəzərdə tutulub.[2]
1940-cı ildə balet truppası, musiqi və vokal qrupu Yakutiya dövlət xorunun bazasında fəaliyyət göstərməyə başladı. Truppa Yakutiya musiqi mədəniyyətinin banisi M.N.Jirkov tərəfindən təşkil edilmişdir. Yeni yaradılan trupanın üzvləri - xormeyster V.P.Popov, ümumi rəhbər T.P.Mestnikov, xoreoqraflar S.V. Vladimirov-Klimov və İ.A.Karenin, müşayiətçilər P.K.Rozinskaya və vokal müəllimi A. Kostin, həmçinin S. Djanqvaladze, G. Krivoşapko idi. Bu qrupun məşhur müğənniləri arasında A. Novqorodova, T. P. Mestnikov, M. N. Jirkov, A. Eqorova, E. Zaxarova, N. Karitonov, Q. M. Kokşarski olmuşdur.
1944-1948-ci illərdə ilk müstəqil Yakutiya musiqili teatr-studiyası fəaliyyət göstərmişdir. Fəaliyyətinin nəticəsində respublikada ilk milli opera və balet tamaşaları: D. Sivtsev - Suorun Omollonun eyniadlı musiqili dramı əsasında bəstəkarlar M.N.Jirkov və Q.İ.Litinskinin (Moskva) olonqo operası "Nurgun Botur" və 1947-ci ildə Yakut xalq nağılı "Yaşlı qadın Beyberikin" (eyni müəlliflər tərəfindən) əsasında hazırlanmış "Səhra çiçəyi" baleti səhnələşdirildi. 1948-ci ildə B. Astafyevin "Baxçasaray fontanı" baleti səhnəyə qoyuldu. Bununla yanaşı, gələcəkdə, 1955-ci ilə qədər yeni təşkil edilən musiqili və dram teatrında musiqi tamaşaları demək olar ki, heç səhnəyə qoyulmurdu.
Teatrın musiqi və vokal kollektivinin: "Nurgun Botur"un yeni nəşrinin Yakutskda (1955), daha sonra isə Yakutiya Ədəbiyyatı və Sənətinin dekadasında (onilliyində, 1957-ci il) fəal iştirakı ilə Moskvada qoyulması ilə; Ural Dövlət Konservatoriyasındakı Yakut opera studiyasının, sənət və musiqi məktəbinin xoreoqrafiya şöbəsinin ilk buraxılışları ilə; bəstəkar Q. A. Qriqoryanın "Loukut and Nurgusun" lirik operasının meydana çıxması ilə canlanmasının növbəti mərhələsi 1950-ci illərin ortalarında başladı. Daha əvvəl, 1957-ci ildə, bu müəllifin "Yakutiya Bayramı " adlı teatr oratoriyasının premyerası Moskvada baş tutdu. Beləliklə, teatr milli bəstəkarlıq məktəbinin formalaşmasına öz töhfəsini verdi.
1960-cı illərdə Yakut musiqi və dram teatrının repertuarında Q.Qriqoryan və Q.Litinskinin Yakut mövzusunda yeni əsərləri : ilk "Şimal çiçəyi" operetası, "Qırmızı Şaman" operası, "Qırmızı Dəsmal "," Altanın Sevinci " baletləri yer almağa başladı. 1964-cü ildə J.Batuyevin "Çurumçuku" baleti böyük uğurla ifa olundu. A.Eqorova rejissor, A. Mokotçunova ilk xoreoqraf, E.Stepanova, K. İvanova, Q. Baişev, A.Popov balet solistləri, A.Tarazanov, A.Yakovleva, A. Sokolovski müğənni, N. Sleptsov piyanist olaraq teatrda işləməyə başladılar.
Teatr tamaşaçıları, rus və dünya klassiklərinin görkəmli əsərlərini dinləyicilərə daha geniş şəkildə tanıdmağa başladılar. Bu on ildə balet, vokal qrupunun: 1970-ci ildən - teatrın bütün musiqi kollektivinin ilk turları start götürür.
Nəhayət, 1971-ci ildə quruma Dövlət Musiqili Teatrı statusu verilir.
1982-ci ildə teatr hələ də fəaliyyət göstərdiyi yeni bir binasına köçür. 1991-ci ildə Musiqili Teatr Opera və Balet Teatrı kimi yenidən təşkil edilir.
2001-ci ildə teatra D.K. Sivçev - Yakutiyanın xalq yazıçısı, bir çox opera və balet librettosunun müəllifi Suorun Omollonun adı verilir.
Hal-hazırda (2000-ci illər), D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrının - bir sıra festival və şoularda iştirakı, habelə bir sıra mədəni tədbirlərin öz bazasında təşkili və keçirilməsi ənənəvi hal almışdır;
D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrının repertuarı milli (yakut), rus və dünya opera və baletləri, həm klassik, həm də yaradıcılıq təcrübələri, eyni zamanda operettalar və musiqili əsərləri ilə zəngindir. Teatrın repertuarına Pyotr Çaykovskinin"Qu gölü", Cüzeppe Verdinin "Riqoletto", M.Jirkovun və Q.İ.Litinskinin "Nirgun Botur" kimi əsərlər də daxildir.
Teatr, Saxa (Yakutiya) Respublikasının maraqlı mədəni və digər tədbirlərinin keçirildiyi məkandır. Xüsusən burda respublikanın sənət ustalarının festivalları, şouları, konsertlərinin keçirilməsi ənənəvi hal almışdır.[3]