D1 avtomobil yolu (Slovakiya)

D1 avtomobil yolu (slovak. Diaľnica D1) - hazırda tikintisi aparılan Slovakiyada avtomobil yolu. Plana görə, magistral Bratislavadan başlayacaq, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, KoşitseMixalovtse şəhərlərindən keçəcək və Slovak-Ukrayna sərhədində sona çatacaq. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir.

Avtomobil yolu
D1 avtomobil yolu
Ölkə  Slovakiya
Regionlar
Yol nömrəsi D1
Uzunluğu 515,261 km
Başlayır Slovakiya
Bitir Ukrayna
Örtüyü asfalt
Tikilmə tarixi 19302020
Sürət 110 km/san
Vəziyyəti İstifadəyə açıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir.

Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla).

Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi. Avtomobil yolunun Çexiya hissəsində tikinti 1967-ci ildə, Slovakiya hissəsində isə 1973-cü ildə başlamışdır.

1972-ci ildə Bratislava—Senets (o zaman D61) sahəsində tikinti işlərinə başlanılmış, 1970-ci illərdə isə yolu Trnavaya qədər tikmişlər (36 km uzunluğunda). 1980-ci ildə Presşov—Kosice sahəsi əlavə edildi.

Əsas ötürücüləri

[redaktə | mənbəni redaktə et]
D1 avtomobil yolunun əsas ötürücüləri
(0) Bratislava — Peçna İstismar
(15) İvanka — Dunai Planlaşdırılır
(50) Trnava İstismar
(119) Xoxolna — Velçiça Planlaşdırılır
(159) Beluşa İstismar
(187) Dolnı — Xriçov İstismar
(218) Martin İstismar
(242) Rujomberok (qərb) Planlaşdırılır
(248) Rujomberok — Martinçek Planlaşdırılır
(400) Preşov (qərb) Planlaşdırılır
(433) Koşiçe — Olşanı Planlaşdırılır
Bratislava regionunda keçən D1 avtomobil yolunun bir hissəsi
Trnavadaki R1 və D1 avtomobil yollarının kəsişməsi
Siladiçe bölgəsindən keçən D1 avtomobil yolunun bir hissəsi
Avtomobil yolunun kənarında qatar yolu

Slovakiyada D1 avtomobil yolunda yerləşən körpü və keçidlər:

  • Osvişte (567 m)
  • Körpü (1080 m)
  • Privoz (1756 m)
  • Beçkov (336 m)
  • Dritoma (238 m)
  • Suçanka (486 m)
  • Uyazad (490 m)
  • Koçkovskiy kanalı (187 m)
  • Nosiçkiy kanalı (227 m)
  • Ladçe (189 m)
  • Prujinka (902 m)
  • Sverpereç-1 (480 m)
  • Sverpereç-2 (315 m)
  • Kunoveç
  • Qalanoveç
  • Matuşka
  • Povajska-Bistrka kanalı (1444 m)
  • Qriçovski kanalı (1695 m)
  • Vritjer
  • Plevdnik-Dnirova
  • Predmder
  • Doln-Qriçov (1804 m)
  • Letavska-Luça (1091 m)
  • Dubna-Skala
  • Turçanske-Skanal (422 m)
  • Turanı
  • Krepelyanı
  • Kralyovanı
  • Stankovanı
  • Qubova-1
  • Qubova-2
  • Liskova
  • Potruden (1038 m)
  • Yaminçek (179 m)
  • Bela (308 m)
  • Dovaloveç (534 m)
  • Xıbiça (571 m / 565 m)
  • Vıxodna (380 m)
  • Yanoşikoav-Studinçka (381 m)
  • Belyanski keçidi (347 m)
  • Qara Yarok (184 m)
  • Vajeç (638 m)
  • Ştrba
  • Pod-Skalkou
  • Levoça
  • Spişki-Xrvov
  • Bexarovçe
  • Studeneç (102 m)
  • Ponqarçovçe (343 m)
  • Friçovçe (407 m)
  • Mala-Svinka (255 m)
  • Malı-Şariş (494 m)

Slovakiyada D1 avtomobil yolunda yerləşən tunellər:

  • Ovçiarsko tuneli (2275 m, 7/2014 tarixindən etibarən təmirdə, 2018-ci ildə açlımışdır)
  • Zilina tuneli (651 m, 7/2014 tarixindən etibarən təmirdə, 2018-ci ildə açılmışdır)
  • Vişnove tuneli (7460 m, 2015-ci ildən etibarən təmirdə, 2019-cu ildə açılmışdır)
  • Korbielka tuneli (5 859 m, planlaşdırılır, 2024-də açılacağı gözlənilir)
  • Havran tuneli (2702 m, planlaşdırılır, 2024-də açılacağı gözlənilir)
  • Cebrat tuneli (2080 m, işlər dayandırılıb, ilk dəfə 2020-ci ildə açılacağı gözlənilirdi)
  • Luçivna tuneli (250 m, 2007-ci ilin noyabr ayında açılmışdır)
  • Borik tuneli (999 m, 2009-cu ildə açılmışdır)
  • Sibenik tuneli (600 m, 2015-ci ildə açılmışdır)
  • Branisko tuneli (4975 m, 2015-ci ildə 2 xəttli açılmışdır)
  • Presov tuneli (2244 m, planlaşdırılır, 2019-cu ildə açılmışdır)
  • Dargov tuneli (1050 m, planlaşdırılır, açılma ili mövcud deyil)