DEA

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır.

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 29 dekabr 2006-cı il (FHN DMEA)
7 oktyabr 2021 (ARDEA)
Tabelik Fövqəladə Hallar Nazirliyi (Azərbaycan) (29.12.2006–7.10.2021)
Azərbaycan Respublikasının Prezidenti (7.10.2021–)
Ünvan Bakı şəhəri, Heydər Əliyev pr. 152, "Çinar Plaza" Biznes Mərkəzi, 23-cü mərtəbə.
Rəhbərlik
Sədr Səbuhi Sadıqov[1]
Sədr Müavinləri Zaur Abişev
Zaur Ələkbərov

Rəsmi saytı dea.gov.az/az

Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.

  1. "Dövlət Ehtiyatları Agentliyinin yeni rəhbəri kollektivə təqdim olunub". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-10.