Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Fövqəladə Hallar Nazirliyinin AkademiyasıAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi.

Fövqəladə Hallar Nazirliyinin Akademiyası
Əsası qoyulub 2 iyun 2008
Tip Xüsusi Təyinatlı Akademiya
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

İlham Əliyev 2 iyun 2008-ci il tarixində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq etmişdir. Sərəncama görə, akademiya FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Yanğın-Texniki Məktəbinin, S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında yaradılır. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevdir.

Fakültə və ixtisaslar[redaktə | mənbəni redaktə et]

  • Yanğın təhlükəsizliyi mühəndisliyi
  • Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı

İstinadlar[redaktə | mənbəni redaktə et]