DNA (jurnal)

DNAAvstraliyanın homoseksual auditoriyasına yönəlmiş populyar jurnal.[2]. 2000-ci ildən bəri hər ay buraxılır. Oxucuların bir çoxu, jurnalın adının niyə DNA olduğunu soruşurlar. Onların fikrincə, bu ad "Deoyxribose Nucleic Acid" (yəni DNT) ifadəsindən gəldiyini deyirlər[3]. Buna jurnal təsisçiləri birmənalı olaraq cavab vermədilər. Jurnalın üz qabığını əsasən amerikalı və avstraliyalı məşhur modellər bəzəyirlər. Lakin üz qabığına düşənlər sırasında sadə insanlar da olur.

DNA
DNA, 2008-ci il. Üz qabığında Vincent Gough
Növ aylıq jurnal
Format A4
Təsisçi DNA Publications Pty Ltd
Təsis tarixi 2000
Şirkət Avstraliya Avstraliya
Ölkə
Qərargah Sidney, Avstraliya Avstraliya
Dil ingilis dili
ISSN 1443-1122
OCLC nömrəsi 222889643
dnamagazine.com.au

Nəşr və məzmun

[redaktə | mənbəni redaktə et]

Jurnalda pop mədəniyyəti, məşhurların anketləri, moda, özünəbaxım və foto mövzuları əhatə edilir. Jurnalı Avstraliyanın bir çox qəzet kiosklarında əldə etmək olar. DNA həmçinin ABŞ, Yeni Zelandiya, Böyük Britaniya, Kanada və Avropanın bir çox ölkələrində də satışa buraxılır.

  1. 1 2 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1443-1122
  2. "DNA magazine". 2013-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  3. "3% About DNA". 2013-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.