Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı

Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen?)Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur.[1]

Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Xəritə
Əsası qoyulub 1999
Ölkə
Yerləşir Minamişimabara[d]
32°44′20″ şm. e. 130°22′04″ ş. u.HGYO

1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır.[1]

Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə).[2] Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür.[3] Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir.[2] Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır.[1] Parkın ümumi sahəsi 6187,44 m2, çadır strukturunun sahəsi isə 1207,27 m2 təşkil edir. Parkın məqsədi ziyarətçilərə vulkan püskürmələrinin dəhşətini və fəsadlarını çatdırmaqdır.[2]

  1. 1 2 3 "Memorial Park of Houses Destroyed by Debris Flows". Atlas Obscura (ingiliscə). 10 oktyabr 2023. 16 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2023.
  2. 1 2 3 4 "事業評価調書〔途中評価〕(平成29年度)" (PDF). Naqasaki prefekturasının rəsmi saytı (yaponca). 6 mart 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 oktyabr 2023.
  3. "普賢岳災害の遺構 屋外展示2棟を解体へ 南島原・土石流被災家屋保存公園". Nagasaki Shimbun (yaponca). 24 dekabr 2021. 24 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]