Dağ-dərə küləkləri

Dağ - dərə küləkləri – gündüz dərələrdən dağlara, (dərə küləkləri) gecə isə əksinə-dağlardan dərələrə (dağ küləkləri) əsən küləklərdir. Yerli hava dövranı sistemində dağ yamacları və dərələr üzərində yaranan müxtəlif temperaturtəzyiq fərqi nəticəsində əmələ gəlir. Dağ-dərə küləkləri buludluq və yağıntının gündəlik gedişinə də təsir göstərir, gündüzlər buludların əmələ gəlməsinə, gecələr isə buludların çəkilməsinə şərait yaradır. Azərbaycanda dağ-dərə küləkləri bütün dağlıq rayonları, xüsusilə Böyük QafqazKiçik Qafqaz üçün xarakterikdir.[1]


Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Yerli sirkulyasiya

Ağ yel

Qara yel

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.