Qara yel

Qara yel[1] - küləyin əsmə istiqaməti baxımından ağ yelin əksidir. Belə ki, qara yel şimal-qərbdən əsməsi ilə seçilir. Sürəti yüksək olduqda torpaqlarən tozanaqlığı artır. Torpaq eroziyasını artırır. Deflyasiya xüsusi ilə yaz-payız ayları əkin sahələrinin şumlanması zamanı güçləndirir. İl boyu əsə bilir. İsti aylarda çox güçlü ola bilir. Bu zaman dam örtüklərini uçurur, ağacları isə slndırması ilə seçilir. Xüsusi ilə Kiçik Qafqazın şimal-şərq hissələrində (Daşkəsən, Gədəbəy, Tovuz, Tərtər, Goranboy) böyük fəsadlar törədir. Abşeron yarımadasında və ona yaxın ərazilərdə qışda və yayda demək olar ki, eyni istiqamətli, yə'ni, əsasən şimal-qərb, şimal, şimal-şərq, Kür çayının deltası sahəsində qışda şimal-şərq və qərb, yayda şərq, cənub-şərq küləkləri hakim olur.

  1. "Qara yel". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-30.