Dağlılar Dövlət Aqrar Universiteti — Şimali Osetiyanın paytaxtı Vladiqafqazda dövlət ali təhsil müəssisəsi.
Dağlılar Dövlət Aqrar Universiteti | |
---|---|
43°02′07″ şm. e. 44°40′46″ ş. u.HGYO | |
Əvvəlki adı | İlk Vladiqafqaz Sovet Politexnik İnstitutu (Kənd təsərrüfatı) |
Əsası qoyulub | 05.10.1918 |
Tip | Federal Dövlət Büdcə Ali Təhsil Təşkilatı |
Rektor | Kairov Valeri Ramazanoviç |
Tələbə sayı | 6080 (2011-ci il) |
Aspirant sayı | 139 |
Doktor sayı | 60 |
Professor sayı | 60 |
Şəhər | Vladiqafqaz |
Ölkə | |
Ünvan | 362040, Rusiya Federasiyası, Vladiqafqaz, Kirov küç, 37 |
Sayt | gorskigau.com |
Böyük kənd təsərrüfatı tədqiqat mərkəzidir. Universitet 1918-ci ildə yaradılmışdır. Şimali Qafqazın ən qədim universitetidir.
Universitet Moskva Dövlət Universitetinin təşəbbüsü ilə 1918-ci ildə dosent V.F.Razdorski tərəfindən açılmışdır. İnstitutun ilk rektoru İosif Qavriloviç Esman (1918-1922) olmuşdur. İnstitutun yaranmasında alimlərdən - Razdorski V.F., Günter A.R., Pankov A.P., Ryazantsev N.V., Dzokaev K.X., İosifov İ.M., Tarnoqradski D.A., Dzanaqov X.B., Qutiyev M.N., Salamov A.B., Rubil E.V., Trofimenko K.İ., Qrabovski İ.S., Smolski Y.V., Djanayev G.G., Kaloyev A.V., Stoyuşkin İ.A., Tsabolov R.G., Kulçiyev B.X., Tsoqoyev N.D., Kizinov F.İ., Xilkeviç N.M., Xilkeviç N.M. və s. xidmətləri olmuşdur.
Fəaliyyət göstərdiyi illər ərzində universitet qırx səkkiz mindən çox mütəxəssis hazırlayıb. Universiteti bitirənlər arasında tanınmış kənd təsərrüfatı rəhbərləri, elm, dövlət və ictimai xadimlər var ki, bu dövrdə məzunlardan 20 nəfəri Sosialist Əməyi Qəhrəmanı, biri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.[1]
Müxtəlif vaxtlarda fərqli cür adlanmışdır: Vladiqafqaz Sovet Politexnik İnstitutu, Şimali Osetiya Kənd Təsərrüfatı İnstitutu.
Universitetdə 60 elmlər doktoru, professor və 262 elmlər namizədi, dosent çalışır. Onlar federal və regional proqramların həyata keçirilməsində iştirak edərək 6 elm sahəsi üzrə elmi tədqiqatlar aparırlar. Onların arasında 10 Rusiya Federasiyasının Əməkdar Elm Xadimi, 11 Rusiya Federasiyasının Əməkdar Ali Təhsil Xadimi, 7 “Rusiya Federasiyasının Ali Peşə Təhsili” Fəxri Nişanı ilə təltif edilmiş elm xadimi, 16 Şimali Osetiya əməkdar təhsil işçisi, 17 Şimali Osetiyanın əməkdar elm və texnika xadimləri, 15 Şimali Osetiya kənd təsərrüfatının əməkdar işçisi fəxri adlarına sahib olan alimlər var. Universitetdə professorlar Adinyayev E.D., Basayev B.B., Dzanaqov S.X., Tmenova İ.D., Teziyeva T.K., Qasiyeva P.E., Tsuqkiyeva B.G., Farniyeva A.T., Bekuzarovoy S.A., Kaloeva N.İ., Kuzarovoy S.A., Maloyeva M.N. Karayeva A.X., Xoxotaridi G.N., Mamiti G.İ. Tsaliyeva B.Z. həm elmi, həm də tədris prosesi ilə məşğuldurlar.
Dağlılar Dövlət Aqrar Universitetinin hazırda rəhbəri, rektor vəzifəsini icra edən Kairov Valeri Ramazanoviçdi.[2].
Universitetin bir neçə yaradıcı kollektivi, həmçinin muzeyi var: