Dağlıq öküzotu

Dağlıq öküzotu (lat. Arnica montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü.

Dağlıq öküzotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Dağ öküzotu çoxillik ot bitkisidir. Kökümsovu sürünən, üfüqi budaqlanan, uzunluğu 15 sm-ə qədər, xarici tərəfdən qəhvəyi və ya tünd-qəhvəyi olub, çoxsaylı sapşəkilli kökü vardır. Kökümsovu 1–2 sm dərinlikdə və ya səthdə yerləşir. Yarpaqları qarşı-qarşıya, oturaq, bütövkənarlı, tərsyumurtaşəkilli, yuxarı hissədən dəmir parıltılı, aşağı hissədən çılpaq, uzunluğu 15–17 sm olmaqla, iri çətirlərdən ibarətdir. Gövdəsi tək (bəzən 2–3), hündürlüyü 60 sm-ə qədər, düzgövdəlidir. Çiçəkləri zəngşəkilli, ikicərgəli, yarpaqlarının forması uzunsov-neştərvari, rəngi isə yaşılımtıl-bozdur. Kənar çiçəkləri 14–20 dilcikli və 3 dişciklidir. Orta çiçəkləri boruşəkilli, ikicinsli və çoxsaylıdır. Bütövkənarlı çətirin diametri 3 sm olub, dilşəkilli və boruşəkilli çiçəklərdən ibarət səbətciklər malikdir. Çiçəkləri zəngşəkilli, ikicərgəli, yarpaqlarının forması uzunsov-neştərvari, rəngi isə yaşılımtıl-bozdur. Çiçəkləri çəhrayı-yaşıl, kəskin iyli, aromatlı olub, kəskin acı dadlıdır.

Talalarda, yarğanların kənarlarında, cəngəlliklərdə, hündürlüyü 500–2000m olan dağ yüksəkliklərində və meşə kənarlarında yayılmışdır.

İyun-iyul aylarında çiçəkləyən zaman çiçək və çiçəkqruplarını 3 sm ölçüdə kəsməklə toplanılır. Yığılmış xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə və ya 55–60ОС temperaturda quruducu şkafda qurudulmalıdır.

Xammal quru yerlərdə və stelajlarda saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Dağ öküzotunun yabanı çoxillik və mədəni ot bitkisi xammal və dərman bitkisi kimi olduqca faydalıdır. Çiçəklərinin tərkibində 0,15% efir yağı, arniçin qarışıqları, triterpenoidlər (4%), aşı maddələri və karotinoidlər tapılmışdır.

Çiçəkləri qankəsici maddə kimi mamalıq və genekologiya praktikasında, xarici səpkilərdə, qansızmalarda, karbonkul və frunkullarda məhlul şəklində tətbiq edilir. Məhlulu eyni zamanda uşaqlıq qanaxmalarında və ödqovucu dərman kimi təyin edilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 884.