Dağlıq Bədəxşan Muxtar Vilayəti (tac. Вилояти Мухтори Кӯҳистони Бадахшон) — Tacikistan Respublikası ərazisində yerləşən muxtar vilayət.
Dağlıq Bədəxşan Muxtar Vilayəti | |
---|---|
Вилояти Мухтори Кӯҳистони Бадахшон | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Xoroq |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2 yanvar 1925 |
Sahəsi |
|
Hündürlük | 7.496 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TJ-GB |
Telefon kodu | 3522 |
Poçt indeksi | 736000 |
Avtomobil nömrəsi | 04РТ |
Vikianbarda əlaqəli mediafayllar |
15 avqust 1923-cü ildə Pamirdə Sovet hakimiyyəti bərqarar olduqdan sonra Türkistan Muxtar Sovet Sosialist Respublikası, Fərqanə vilayətinin tərkibinə Pamir Pamir dairəsi daxil edilir. 1925-ci ilin 2 yanvar tarixində SSRİ MİK Tacikistan Muxtar Sovet Sosialist Respublikası tərkibində Dağlıq Bədəxşan Muxtar Vilayətini təsis edir. 1929-cu ilin 16 oktyabrında Tacikistan SSR adı ilə SSRİ tərkibinə daxil edilir. 5 dekabr 1936-cı ildə adı Dağlıq Bədəxşan Muxtar Vilayəti olaraq dəyişdirilir. 4 avqust 1967-ci ildə təsərrüfat və mədəniyyət sahəsində tikintilərdə uğurlarına görə Lelin ordeni, 1972-ci ildə isə Xalqlar dostluğu ordeninə layiq görülmüşdür.
DBMV şimaldan Qırğızıstan, şərqdən Çin, cənub və qərbdən Əfqanıstanla sərhədə malikdir. Vilayətin ərazisi 64 100 km² (Tacikistan ərazisinin 44,9 %) təşkil edir.
Vilayətin inzibati mərkəzi Xoroq şəhəridir. Şəhərdə ümumilikdə 28,9 min nəfər yaşayır. Xoroqdan Düşənbəyə olan məsafə 527 km təşkil edir.
DBMV ərazisinin böyük hissəsi dağlıq ərazilərdən ibarətdir. Xüsusi ilə Şərqi Pamir ərazisini əhatə edir. Burada ən hündür nöqtə İsmoila Somoni pikidir. Əvvəllər zirvə Kommunizm piki adlanırdı (7495 m) Bəzən isə ona "Dünyanın damı" ifadəsini işlədirlər.
Pamir və Bədəxşanın DBMV ərazisinə düşən hissəsində ilk insanların izləri daş dövrünə təsadüf edir. Tunc dövrünün sonları əraziyə böyük sayda qədimhinq tayfaları köç edirlər. Sonradan bölgəyə irandili xalqlar gəlir. Asilmyasiya nəyicəsində irandillilər üstün mövqe tuturlar.
B.e.ə VII–II əsrlərdə Bədəxşana qədim yazılı mənbələrdı saklar olaraq adlandırılan tayfalar gəlir. Onlarla "Şuqnan" termini bağlıdır. Belə ki, bu tərcümədə "Sakların ölkəsi" anlamını daşıyır. İşkaşin adlı DBMV rayon vardır. T. N. Paxalinin fikrinə görə bu ad hindari dilləriilə əlaqəlidir və sözün birinci hissəsi *sakā-kšam-dir. Məna ifadəsi ya ölkənin adı ya da sakların adı ilə bağlı bir sözdür. Sözün ikinci hissəsi isə *kšm-dir ki buda "yer", "ölkə" məsını verir. İki söz birlikdə isə Saklar ölkəsi mənasını ifadə edir[2].
VII əsrin əvvəllərində Pamir və Bədəxşan çinli Tan imperiyasının təsir dairəsinə düşür. Şuqnan adı çin mənbələrində belə qeyd edilir. Çin mənbələrində Şinsin, Şisini, Şeni, Şini, Şikini kimi göstərilir.
Bədəxşan VIII əsrdə ərəblərin əlinə keçir. IX əsrdən isə Samanilər ərazini nəzarətdə saxlayırdı. XI–XII əsrlərdə bölgə qəznəvilərin ərazisinə çevrilmişdir. XI əsrdə artıq ıhalinin böyük qismi islamı qəbul etmişdi. XIII ərdə Bədəxşan Monqol imperiyasının ərazisinə çevrilmişdir. XIV–XV əsrlərdə budəfəki nəzarət Teymurilərin əlinə keçmişdi. Artıq XVI əsrin əvvəllərində bölgəni Moğollar idarə edirdi. Hənin əsrin sonraları hakimiyyət Şeybanilərin əlində idi.
1599-cu ildə Bədəxşanı Aştarxanlılar işğal edirlər. 1691-92-ci illərdə Bədəxşan və Şunqan rayonları tamamən onların əlinə keçir. XVIII əsrin sonları əfqan imperiyasının hökmdarları Bədəxşanı ələ keçirməyə ilk cəhdlərini edirlər.
1885-ci ildə ruslar Şərqi Pamiri tutaraq burada Murqab şəhərinin əsasını qoyurlar. Rus-ingilis anlaşmasına görə bölgənin köklü əhalisinin maraqlarını nəzərə alaraq Bədəxşan iki yerə bölünür. Pyanc çayının sol sahili ingilislərin müttəfiqi olan Əfqanıstana, sağ sahili isə Rusiyanın vassalı olan Buxara əmirliyinə verilir.
ХХ əsrdə Qərbi Pamir əraziləri — Ruşan, Şuqnan, İşkmış — könüllü olaraq Rusiya imperiyasının tərkibinə keçmişdir. 1902-ci ildə bütün Qərbi Pamir bölgədə yerləşən rusların Pamirdəki ordusunun komandirinə tabe edilmişdi. Ancaq ərazi hüquqi baxımdan Buxara əmirliyi ərazisinə daxil idi. 1905-ci ildə rus Bədəxşanı və Şərqi Pamır ümumtürk idarəçiliyindən çıxarılaraq ayıca vilayətə çevrilir. Rus qoşun komandanlığı Xoroqda yerləşdirilir. Bölgənin qoşun komandiri həm də qəza hakimi vəzifəsini daşıyırdı. O ancaq Fərqanə vilayətində yerləşən hərbi qubernatora tabe idi[3]. Bununlada Rus Bədəxşanı huquqi və inzibati baxımdan tam olaraq Rusiya imperiyasının tərkibinə keçmişdir.
Pamir dairəsi aşağıdakı rayonlardan ibarətdir:
Sovet hökuməti Bədəxşanda tam olaraq 1920-ci ilin sonları möhkəmlənə bilmişdir. 1923-cü ilin iyulunda bölgə Türkmənistan MSSR tərkibinə daxil edilir. Ayrıca vilayət statusu 1924-cü ilin sonları verilir. 5 noyabr 1924-cü ildə Tacikistan milli komisiyası Mərkəzi Komitənin Siyasi Bürosuna müraciət edərək Bədəxşana muxtar vilayət statusunun verilməsi və onun Tacikistanın tərkibinə daxil edilməsini xahiş edirlər. Nəticədə 2 yanvar 1925-ci ildə Muxtar Dağlıq Bədəxşan Vilayəti təşkil edilərək Tacikistan MSSR təskibinə qatılır[5]. İlk əvvəllər vilayət dörd rayondan ibarət olmuşdur:
1936-cı SSRİ MİK vilayət ərazisində yeni rayon bölgüsünü həyata keçirmişdir:
1941-ci ildə Muxtar Dağlıq Bədəxşan Vilayəti Dağlıq Bədəxşan Muxtar Vilayəti —- DBMV olaraq adlandırıllr. 1963-cü ildə ərazisi dörd kınd rayonuna bölünmüşdür:
1965-ci ildə vilayətin tərkibinə mərkəzi Kalai-Xumb olan Darvaz rayonu və mərkəzi Ruşan olan Ruşan rayonu.
1991-ci ildə Kalai-Xub rayonunun adı Darvaz olaraq dəyişilmişdir. 1992-ci ildə Roştqala rayonunun əvvəlki sərhədləri bərpa edilmişdir. 11 aprel 1992-ci ildə Dağlıq Bədəxşan Muxtar Vilayətinin Xalq Deputatlar Soveti bir tərəfli qaydada Muxtar Bədəxşan Respublikası yaratdıqlarını elan edirlər[7], ancaq Tacikistan Respublikası Ali Soveti bu dəyişikliyi qəbul etməmişdir[8].
Hazırda vilayət 1 şəhər, 7 rayon və 43 kənd icmasından ibarətdir:
DBMV əhalisi 1 yanvar 2015-ci ilə olsn məlumata görə 214 300 nəfər təşkil edir. Bu isə ümumi ölkə əhalisinin cəmi 3,2 % nəfəridir. 1 km² əraziyə 3.3 nəfər düşür. Şəhər əhalisi isə 28,9 min. nəfər (13,5 %), kənd əhalisi isə 185,4 min. nəfər (86,5 %) təşkil edir.
Tacikistan ərazisini 45 % əhatə etsədə ərazisinin cəmi 3 % insan yaşayışı üçün əlverişlidir. Bu isə əsasən çay vadiləridir.
Əhalinin say dinamikası (min. nəf)
Dağlıq Bədəxşan Muxtar Vilayətinin əhalisi | |||||||||
1987 | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 1995 | 1998 | 1999 |
---|---|---|---|---|---|---|---|---|---|
53,210 | 73,037 | 97,796 | 127,709 | 160,887 | 188,0 | 199,7 | 203,9 | ||
2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 |
206,2 | 207,4 | 208,3 | 208,8 | 209,5 | 206,8 | 206,4 | 206,3 | 203,1 | 203,7 |
2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |||
204,8 | 206,5 | 208,5 | 210,2 | 212,1 | 214,3 | 217,4 |
Vilayət 1 şəhər, 7 rayon, 43 kənd icması:
№ | Adı inzibati- ərazi bölgüsü |
Əhali (01.01.1992) min. nəf. |
Əhali (01.01.2015) min. nəf. |
Əhali (01.01.2016) min. nəf.[9] |
Sahəsi min. km² |
Ərazi üzrə əhali nəf./km² |
---|---|---|---|---|---|---|
1 | Xoroq şəhəri | 21,5 | 28,9 | 29,2 | ||
2 | Vanç rayonu | 22,7 | 31,9 | 32,4 | 4,4 | 7,36 |
3 | Darvaz rayonu | 18,8 | 22,0 | 22,4 | 2,8 | 8,00 |
4 | İşkaşim rayonu | 21,5 | 30,8 | 31,4 | 3,7 | 8,49 |
5 | Murqab rayonu | 13,9 | 14,4 | 14,7 | 38,4 | 0,38 |
6 | Roştqala rayonu | 21,3 | 25,7 | 26,1 | 4,3 | 6,07 |
7 | Ruşan rayonu | 19,7 | 24,8 | 24,9 | 5,9 | 4,22 |
8 | Şunqan rayonu | 32,6 | 35,8 | 36,2 | 4,6 | 7,87 |
Ümumi | 172,0 | 214,3 | 217,4 | 64,1 | 3,39 |
Ərazisində 12 müəssisə fəaliyyət göstərir. Respublika həcmində ümumdaxili məhsulun 0,7% təşkil etmişdir (2009). 2009-cu ilə olan məlumata görə burada 179 mln kVt/s elektik enejisi əldə edlmiş, üstəlik 285 ton ət, 4 ton kolbasa, 16,0 ton buğda, 48,1 min ton kartof, 16,7 min ton tərəvəz, 0,3 min ton bostan məhsulları istehsal edilmişdir.
2009-cu il məlumatına görə burada 101,6 min iri buynuzlu heyvan, o cümlədən 37,6 min inək, 305,1 min. davar, 0,4 min. at yetişdirilmişdir.
2009-cu il məlumatına görə vilayət iqtisadiyyatına 87518,3 min somoni qoyulmuşdur.
Burada 19 məktəbəqədər təhsil müəssisəsi (1571 uşaq), 318 məktəb (43,7 min şagird), bir tibb təhsili verən orta ixtisas müəssisəsi (0,4 min tələbə, bir ali təhsil mərkəzi (5 min tələbə) fəaliyyət göstərir.
Əhalinin istifadəsində 191 kütləvi və universal kitabxana (burada 1,3 mln kitab və jurnal vardır), 183 klub, 2 kinoteatr, 1 teatr və 1 muzey vardır.
Ümumi mənzil fondu 2388,5 min. m² təşkil edir. Hər adam başına 10,9 m² yaşayış sahəsi düşür. Şəhər mənzil fondu 592,5 min m²-dir. Ümumi fondun cəmi 0,6 % və ya 14,4 min m² dövlətin balansındadır.
Ümumilikdə 36 səhiyyə ocağı fəaliyyət göstərir. Əhaliyə 367 həkim, 1052 figər təyinallı tibb işçisi xidmət göstərir. Dağlıq mineral mənbələrin əsasında Qarmçaşma sanatoriyası fəaliyət göstərir.