Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. |
Dağlıq Qarabağ fiziki-coğrafi rayonu - Qarabağ silsiləsinin şimal, şimal — şərq yamaclarını əhatə edib, onun suayrıcından başlamış Ön Kiçik Qafqaz maili düzənliklərinə kimi davam edir. Şimalda Tərtərçay dərəsi, Cənubda Gəyən maili düzənliyi ilə sərhədlənir. Rayonun mütləq yüksəkliyi 500–600 m-lə 2700–2800 m arasında dəyişib alçaq və orta dağlıqdan ibarətdir. Bu yüksəkliklər daxilində alçaqdağlığın çöl və meşə — çölləri, ortadağ meşələri və subalp tipli dağ — çəmənləri şaquli iqlim keçidlərində bir — birini əvəz edir. Qırxqız zirvəsindən (2679m) şərqdə Qarabağ silsiləsinin relyefi alçaqdağlıqdan və yamaclar genişlənərək meyilliyi azaldığından bütün yüksəklik landşaft qurşaqlarının aridləşməsi və arid landşaftların ortadağlığa tərəf miqrasiyası baş verir. Alçaq və ortadağlıq qurşaqda bir sıra struktur — denudasion çökəkliklərin (Sirik, Dovşanlı, Aterk, Xankəndi və s.) və geniş çay dərələrinin formalaşması sayəsində burada yaşayış məntəqələrinin və təsərrüfat sahələrinin (bağçılıq, əkinçilik) yerləşdirilməsi üçün əlverişli relyef şəraiti vardır. Rayon ərazisi heyvandarlığın, əkinçiliyin inkişafında mühüm rol oynayır.
Hidrokarbonatlı Turşsu, Şarlan mineral bulaqları və dağ — iqlim kurort əhəmiyyətinə malik olan Şuşa şəhəri kurort təsərrüfatının inkişafı üçün böyük imkanlara malikdir. Rayon ərazisi tikinti materialları (qum, üzdaşı, mərmər) ilə zəngindir.[1]