Daşaltı körpüsü

Daşaltı körpüsü[1]Azərbaycanın Şuşa rayonunda, Şuşa şəhərindən 1 kilometr (0.62 mil) şimal-şərqdə, Daşaltı dərəsi boyunda axan Qarqarçayın üzərində yerləşən körpü. Daşaltı dərəsinin rus sülhməramlılarının nəzarət etdikləri hissəsində yerləşir.

Daşaltı körpüsü
Xəritə
39°45′40″ şm. e. 46°45′56″ ş. u.
Keçid Qarqarçay
Yeri Şuşa rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daşaltı körpüsü 1720-ci ildə tikilmişdir.[2] 1992-ci ildə Şuşanın işğalı ilə ermənilərin nəzarətinə keçmişdir. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, rus sülhməramlılarının nəzarətinə keçmişdir.[1] Körpü indiki dövrdə də çayı keçmək üçün önəmli vasitə kimi xidmət edir.[2] 2021-ci ildə rus sülhməramlıları körpünün təmirini həyata keçirmişdir.[1]

Körpü tağlıdır. Tağın künc hissələri yonulmuş daşlardan ibarətdir. Bundan başqa, körpünün qalan hissələri çay daşı, əhəngdaşı və əhəng məhlulu ilə üzlənmişdir. Körpünün aşırımının uzunluğu 5.87 metr (19.3 ft), keçidin eni 4.05 metr (13.3 ft), su səviyyəsindən hündürlüyü 8.10 metr (26.6 ft) qədərdir.[3]

  1. 1 2 3 Rəşid, Əntiqə. "Ermənilərin gərginliyi artıran sonuncu hoqqabazlığı: "Daşaltı körpüsü", Amaras monastrı və..." Ədalət (az.). 23 sentyabr 2021. 2022-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2022.
  2. 1 2 “Guidebook Artsakh”, Ministry of Economy of NKR, Stepanakert, 2016
  3. Արցախի կամուրջներ, Սամվել Կարապետյան, Երևան 2009

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]