Qarqarçay

Qarqarçay - Kürün sağ qoludur. Şuşa, Xankəndi, Xocalı, AğdamAğcabədi rayonları ərazizsindən axır.

Qarqarçay
Ölkə  Azərbaycan
Rayonlar
Şəhər
Mənsəbi Kür
Uzunluğu 115 km
Su sistemi Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1490 km²
Qarqarçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Qarqarçay Azərbaycanın fiziki xəritəsində:

39°48′ şm. e. 46°45′ ş. u.HGYO

40°09′ şm. e. 47°32′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Qarqarçay

Uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km²-dir. Qarabağ silsiləsinin şərq hissəsindən axan Kərkicahan, XəlfəliZarıslı çaylarının birləşməsindən əmələ gəlir. Çayın mənsəbi Kür çayının sağ sahilində olan Ağgöl bataqlıqlarındadır. Sağdan Badara (uzunluğu 32 km) və Quşçular (uzunluğu 12 km), soldan isə Ballıca (uzunluğu 24 km) çaylarını qəbul edir. Xankəndi (uzunluğu 33 km) və Kərkicahanı (uzunluğu 28 km) iki yerə ayırır.

Çayın illik axımının 45%-i yağış, 27%-i qar, 38%-i isə yeraltı sulardan əmələ gəlir.

Axıncaçayın orta illik su sərfi 3,15 kub m/san-dir. Axımın 50%-i yazda, 25%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,29kq/san, lillənməsi isə 92 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir.

Qarqarçaydan geniş istifadə olunduğu üçün yay aylarında suyu mənsəbə gəlib çatmır. Xələfliçayın töküldüyü yerdə HES tikilib, su anbarı yaradılmışdır. HES Kərkicahan ərazisində yerləşir.

Ağdamın Novruzlu, Saybalı, Yusifcanlı, və.s kəndləri Qarqar çayının qırağında yerləşir.