Daşqın Turabov

Daşqın Turabov Həsənağa oğlu (7 dekabr 1962, Bakı12 mart 1997, Siyəzən rayonu) — 1962-ci ildə Bakı şəhərində anadan olmuş keçmiş polis işçisi. Əməliyyat zamanı qətlə yetirilmiş və vəfatından sonra "İgidliyə görə medalı" ilə təltif olunmuşdur.

Daşqın Turabov
Daşqın Turabov Həsənağa oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1962(1962-12-07)
Doğum yeri
Vəfat tarixi 12 mart 1997(1997-03-12) (34 yaşında)
Vəfat yeri
Atası Həsənağa Turabov
Hərbi xidmət
Rütbəsi polis kapitanı[d]

Təltifləri "İgidliyə görə" medalı

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ölümü[redaktə | mənbəni redaktə et]

Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili kimi xidmət edərkən, 1997-ci ilin mart ayının 12-də əməliyyat zamanı rayon sakini Əlişir Tağıyev tərəfindən qətlə yetirilmişdir.[1]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Ölümündən sonra Siyəzən rayon polis şöbəsinin həyətində büstü qoyulmuşdur.[2] Büstün açılışı 1998-ci il, 28 mayda olmuşdur. Atası Həsənağa Turabov xəstə olduğundan açılışa gələ bilməsə də, iş yoldaşları Həsən Məmmədov, Yaşar Nuri, Səyavuş Aslan, Əliabbas Qədirov, Mikayıl Mirzə, Əminə Yusifqızı, Azərpaşa Nemətov açılışda iştirak ediblər.[2]

Siyəzən rayon polis şöbəsinin yerləşdiyi küçəyə Daşqın Turabovun adı verilmişdir.[2]

1998-ci ilin dekabr ayında Heydər Əliyevin sərəncamı ilə polis kapitanı Daşqın Turabov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub, ailəsinin verdiyi məlumata görə, Heydər Əliyev telefonla Həsənağa Turabova başsağlığı da verib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]