Əminə Yusifqızı (əslində Yusifqardaş qızı) (24 sentyabr 1936, Bakı) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1998).[1]
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub.[2] Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.[3] "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir.[4] Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)-filmi səsləndirən: Rəna (Şükufə Yusifova)
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Mədinə (Səfurə İbrahimova)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Tatyana (Liliya Makarova)
- Arşın mal alan (film, 1965)
- ATU və ya pa ATU nnan (film, 1971)
- Bakıda küləklər əsir (film, 1974)
- Bayquş gələndə... (film, 1978)
- Bəxtəvər (film, 1984)
- Bəyin oğurlanması (film, 1985)
- Bir ailəlik bağ evi (film, 1978)
- Bir cənub şəhərində (film, 1969)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim küçənin oğlanları (film, 1973)
- Bulud niyə ağlayır? (film, 1973)
- Burulğan (film, 1986)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- Dairə (film, 1989)
- Dədə Qorqud (film, 1975)
- Ən vacib müsahibə (film, 1971)
- Əzablı yollar (film, 1982)
- Gəlinlərin qiyamı (film, 1985) (dublyaj)
- Gənc qadının kişisi (film, 1988)
- Gilas ağacı (film, 1972)
- Həsən Əbluc (film, 1999)
- Həyat bizi sınayır (film, 1972)
- Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002)
- Xatirələr sahili (film, 1972)
- Xüsusi buraxılış (film, 1983)
- İnsan məskən salır (film, 1967)
- İstintaq (film, 1979)
- Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
- Qanun naminə (film, 1968)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Qatır Məmməd (film, 1974)
- Qayınana (film, 1978)
- Qətl günü (film, 1990)
- Qeybdən gələn səs (film, 2002)
- Qızıl uçurum (film, 1980)
- Qızıl qaz (film, 1972)
- Mən ki gözəl deyildim (film, 1968)
- Mən mahnı qoşuram (film, 1979)
- Mənim əziz atam (1970)
- Möcüzələr adası (film, 1963)
- Musiqi müəllimi (film, 1983)
- Nizami (film, 1982)
- O qızı tapın (film, 1970)
- Od içində (film, 1978)
- Onu bağışlamaq olarmı? (film, 1959)
- Onun bəlalı sevgisi (film, 1980)
- Özgə ömür (film, 1987)
- Park (film, 1983)
- Prima (film, 1994)
- Rəngli yuxu (film, 1982)
- Sən niyə susursan? (film, 1966)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Süd dişinin ağrısı (film, 1987)
- Şahid qız (film, 1990)
- Şərikli çörək (film, 1969)
- Telefonçu qız (film, 1962)
- Təhminə (film, 1993)
- Təxribat (film, 1989)
- Tənha durna uçuşu (film, 2003)
- Tənha narın nağılı (film, 1984)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Tütək səsi (film, 1975)
- Ulduz (film, 1964)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Ümid (film, 1995)
- Ürək... Ürək... (film, 1976)
- Üzeyir ömrü (film, 1981)
- Var olun, qızlar... (film, 1972)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
- Yay gününün xəzan yarpaqları (film, 1986)
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.