Daha yaxşı gələcək (Bəhrani)

Daha yaxşı gələcəkƏbdüləzim əl-Mühtədi əl-Bəhraninin kitabı.

Daha yaxşı gələcək
Kitabın I cildinin üz qabığı
Kitabın I cildinin üz qabığı
Müəllif Əbdüləzim əl-Mühtədi əl-Bəhrani
Janr Hədis
Orijinalın dili Ərəbcə
Ölkə Azərbaycan Azərbaycan
Tərcüməçi Ülkər Raqibqızı
Nəşriyyat Qədim Qala (2012)
Səhifə I: 160
II: 176
ISBN ISBN 978-9952-8175-0-8
Kitabın II cildinin üz qabığı

Bu kitab əksər insanları maraqlandıran və çox aktual olan ailə məişət mövzularına aid suallardan və onlara verilən cavablardan ibarətdir. Müəllif ona verilən suallar əsasında bu kitabı tərtib etmişdir. Bu suallar elə dəqiqliklə seçilmişdir ki, hər bir oxucu onların içində özünə aid olan bir çox mətləbləri tapacaq və bu kitabın sanki özü üçün yazıldığını hiss edəcəkdir. Kitabın əhatə etdiyi suallar insan həyatını tam çılpaqlığı ilə göz önünə gətirir və onlara verilmiş dəqiq cavablarla da oxucuya suallarla dolu həyatda nə cür davranacağını göstərir.

Kitab 2012-ci ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında I cildi 160, II cildi isə 176 səhifədə 60x90 ölçüsündə çap edilib.[1][2]

  1. "Daha Yaxşı Gələcək (I cild)" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
  2. "Daha Yaxşı Gələcək (II cild)" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]