Bəla və səbir (Şəhid Sani)

Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı.

Bəla və səbir
Kitabın 3-cü nəşrinin üz qabığı
Kitabın 3-cü nəşrinin üz qabığı
Müəllif Şəhid Sani
Janrlar Hədis, İslam əxlaqı
Orijinalın dili Ərəbcə
Ölkələr Azərbaycan Azərbaycan
Tərcüməçi Rövşən Abdullaoğlu
Nəşriyyat YEK production (2011)
Qədim Qala (2012)
Səhifə YEK: 164
QQ: 202
ISBN ISBN 978-9952-814-85-9

Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir.

Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır.

Yazılma səbəbi

[redaktə | mənbəni redaktə et]

Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır.

Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır. Şəhidin bu övladı məşhur alimlərdən olur və yazdığı kitablar dini məktəblərdə dərslik kimi tədris olunur.

Şəhid bu kitabı özünə təskinlik üçün yazır. Elə kitabın adını da bu səbəblə belə qoyur. Belə ki, kitabın adı tərcümə edilən zaman "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən" deməkdir. Bu kitabda çox maraqlı hədisləri cəm etmişdir. Onun yazdığı bu kitab barədə bir çox alimlər təqdirəlayiq sözlər demişlər.

Gördüyünüz bu kitab sizin bəla və çətinliklərə olan baxışınızı tamamilə dəyişəcək gücə sahib olan bir əsərdir. Kitab əsasən, İslam və dünya psixoloji düşüncə tərzi əsasında yazılmışdır. Oxucu kitabı mütaliə edərkən ruhunun ümid və çətinliklər qarşısında mübarizə aparmaq güc-qüvvəsi ilə necə dolduğunu hiss edəcəkdir. Bu kitab insana çətinliklərlə dolu olan həyatda düzgün yaşamağın, bəla və çətinliklərlə mübarizə aparmağın yollarını öyrədir. Eyni zamanda kitabda çətin həyat yolu keçmiş insanların həyatlarından da nümunələr gətirilmişdir. Belə şəxslərin həyatını mütaliə etmək insanın qarşısında yeni bir dünya açır. Təslim olmamaq, həyatın çətinlikləri ilə daim mübarizə aparmaq adlı bir dünya.

R. Abdualloğlunun tərcümə və şərh etdiyi “Bəla və səbir” kitabına mərhum Şəhidin kitabında olmayan bir çox mövzular da əlavə olunmuşdur. “Bəla və səbir” adlı bu kitabın ana xəttini və ruhunu Şəhid Saninin kitabı təşkil etsə də onun kitabından fərqli bir üslubda yazılmışdır. Bu kitabda insanın həyatda qarşılaşdığı hər növ bəla və müsibətlər barəsində söhbət açılmış, onların əsas səbəblərinə, həll yollarına toxunulmuş, mövzu ilə əlaqəsi olan ayə və hədislər gətirilmişdir.

Kitab əsas olaraq bu mövzuları əhatə etmişdir:
1-İnsanların itirdikləri yaxın insanların və ya digər müsibətlərə səbir etməyin axirəvi savabı və bu bəlaların hikməti barədə.
2-İnsanların qarşılaşdıqları bəla və çətinliklərin faydası barədə.
3-Bəla və çətinliklə üzləşmiş insan özünün necə sakitdəşdirməlidir.
4-Səbrin növləri.
5-Riza məqamı ilə səbir məqamı arasında olan fərqlər və riza məqamının mərtəbləri.
6-Tarixdə çətin həyat yolu keçmiş, çoxlu bəlalarla üzləşmiş insanlardan nümunələr.
7-Bəla və çətinliklər zamanı ağlamaq düzgündür?
8-Hansı əməllər bəla ilə üzləşən insana icazəli deyil.
8-Müsibətlə üzləşmiş insan qarşısında digərlərinin vəzifələri.[1]

Kitab 2011-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda YEK productionda 164, 2012-ci ildə Qədim Qala nəşriyyatında "İslamın çətinliklərə baxışı və İslam əxlaqı" silsiləsindən əlavələrlə 202 səhifədə və 60x90 ölçüsündə çap edilib.[2]

  1. "Müəllif:Şəhid Sani(Zeynuddin İbn Əli Amili); Şərh və alvələr:Rövşən Abdullaoğlu". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  2. "Bəla və Səbir" (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]