Daimi şou

Daimi şou (ing. Regular Show) — Ceyms Kuintelin "Cartoon Network" televiziyası üçün yaratdığı ABŞ istehsalı cizgi serialı. 2010-cu ilin sentyabrından 2017-ci ilin yanvarına qədər 8 mövsüm olmaqla 261 seriyası nümayiş olunmuşdur.[1][2][3] Cizgi serialda yaşadıqları yerin parkında bağban işləyən Mordekay (adi zığ-zığ), Riqbi (yenot) və onların iş yoldaşları — Skips (qar adamı), Pops (şirinquş adam), Masl Men, Beşlik ruh — və onların müdiri Bensondan (saqqız aparatı) bəhs olunur.[4]

Regular Show
Janr fantaziya teleserialı[d]
Yaradıcı Ceyms Kuintel
Bəstəkarlar
  • Mark Mazersbo[d]
Studiya Cartoon Network Studios
Ölkə
Dil ingilis dili
Mövsümlərin sayı 8
Seriyaların sayı 261
Seriyanın müddəti 11 dəq.
Telekanal Cartoon Network
IMDb ID1710308
Rəsmi saytı

Məzmun[redaktə | mənbəni redaktə et]

Soldan sağa: Pops, Benson, Skips, Riqbi, Mordekay, Masl Men və Beşlik ruhu

Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir. Onların işdən yayınması və boş işlərlə məşğul olması müdiri Bensonu əsəbləşdirsə də bu park meneceri Popsun xoşuna gəlir. Onların digər iş yoldaşları artıq çəkili Masl Men və Beşlik ruhudur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Regular Show, Regular Show, 2009-08-14, 2022-05-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-05-03
  2. Wong, Calvin, A Regular Epic Final Battle, Regular Show, 2017-01-16, 2022-07-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-05-03
  3. Regular Show (TV Series 2009–2017) - IMDb, 2022-11-02 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-05-03
  4. "Regular Show's J.G. Quintel Is Just a Regular Guy". Wired. April 3, 2012. January 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]