Dalğalı tutuquşu (lat. Melopsittacus undulatus) — tutuquşukimilər dəstəsindən quş.
Dalğalı tutuquşu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Dalğalı tutuquşu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qəfəsdə saxlanılmasına və çoxaldılmasına görə ən çox dekorativ quşlardan (XIX əsrin ortalarından) biridir.
Bədəninin uz. 18 sm-ədək, kütləsi 25 q-a qədərdir. Vəhşi dalğalı tutuquşunda yaşıl rəng üstünlük təşkil edir; başın ön tərəfi və boğazı sarı, quyruğu göydür. Başında, mantiya da və qanadlarında nazik qara və sarı zolaqlar var. Erkəklərində gicgah tünd-göy, dişilərində açıq-göy, yuvalama dövründə boz rəngdə olur.
Avstraliyada geniş yayılmışdır. Savannalarda və suvatı olan quru seyrək meşələrdə məskunlaşır. Dalğalı tutuquşu yem axtarmaq üçün köç edən çoxsaylı sıx dəstələrlə yaşayır. Sürətli vəmanevrli uçuşu var, yerdə iti qaçır. Demək olar ki, yalnız yerdən və otlardan toxumları dənləməklə qidalanır. Çox vaxt koloniya halında məskunlaşır. Yağışlı mövsüm qurtardıqdan sonra ilin hər vaxtında yuva qurur. Yuva ağacların koğuşunda olur. 3–5, bəzən daha çox yumurta qoyur; il ərzindədalğalı tutuquşu bir neçə dəfə bala çıxarır. Qəfəsdə çox tələbkar deyil və asan çoxalır. Seleksiyaçılar tərəfindən lələklərinin rəngi sarı, mavi, ağ, ala və s. olan dalğalı tutuquşu yetişdirilmişdir. Dalğalı tutuquşunun cavan erkəkləri ayrı saxlanıldıqda, insan səsini yamsılayır, xeyli söz və söz birləşmələri öyrənə bilir.[3]