Dal Monte Toti

Dal Monte Toti ing. Antonietta Meneghel;27 iyun 1893[1][2][…]26 yanvar 1975[3][4][…] — italyan müğənnisi,(soprano), dramatik aktrisa

Dal Monte Toti
it. Toti dal Monte
Ümumi məlumatlar
Doğum adı Antonietta Meneghel
Ləqəbi Toti Dal Monte
Doğum tarixi 27 iyun 1893(1893-06-27)[1][2][…]
Vəfat tarixi 26 yanvar 1975(1975-01-26)[3][4][…] (81 yaşında)
Vəfat səbəbi xəstəlik
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, teatr aktrisası
Fəaliyyət illəri 1924-cü ildən
Janr opera
Musiqi alətləri piano
Səs tembri soprano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub.

Vəfatı[redaktə | mənbəni redaktə et]

26 yanvar 1975-ci ildə Trevizo əyalətinin Pyeve-di-Soliqo şəhərində vəfat edib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Səhnə fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. Venesiyada B.Markizodan dərs alıb. Debütü 1916-cı ildə "La-Skala" (Milan) teatrında Byankafyore (R.Dzandonai, "Françeska da Rimini") metso-soprano partiyasında olmuşdur. 1917-ci ildən soprano partiyalarında çıxış etmişdir. İtaliyanın ("La Skala", 1922–32) və dünyanın aparıcı teatrlarının ("Kolon", Buenos-Ayres, 1923; Paris operası,1924–25-ci il; "Koventi-Qarden", London,1925) səhnələrində çıxış etmiş,öz dövrünün ən yaxşı lirik soprano müğənnisi kimi tanınmışdır. C.Rossini, V.Bellini, Q.Donisetti, C.Verdi ("Riqoletto operasındakı" Cilda partiyası ilə məşhurlaşmışdır), C.Puççini və U.Cordanonun operalarında çıxış etmişdir. Puççinin "Madam Batterflyay" operası onun iştirakı ilə saxlanılmış az sayda audioyazılarındadır (1939,B.Cili ilə duet, tamaşa bütövlükdə yazıya alınmışdır,dirijor T.Serafin). 1943-cü ildə opera səhnəsini tərk etmişdir. Bir çox filmlərdə çəkilmişdi. 1940-cı ildə "Venesiyada karnaval", 1943-cü ildə "Narınçı güllər", 1944-cü ildə "Ürəyinin səsi" filmlərini çəkilib.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • 1962 — "Dünyanı dolaşan səs"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Patrizi P. Antonietta Meneghel // Dizionario Biografico degli Italiani (it.). 2009. Vol. 73.
  2. 1 2 Toti Dal Monte // FemBio database (alm.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 http://www.arkivmusic.com/classical/Name/Toti-Dal-Monte/Performer/18131-2.