Damiani Damiano

Damiano Damiani (23.7.1922, Pasiano – 7.3.2013, Roma) – italyan kinorejissoru.[1]

Damiano Damiani
Damiano Damiani
Doğum tarixi
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tənəffüs yolları xəstəliyi[d]
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist, aktyor, yazıçı, rejissor
Fəaliyyət illəri 1947-2002
İstiqamət Kinorejissor
IMDb ID0198765
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Milan Zərif Sənətlər Akademiyasında boyakarlıq sinfi üzrə təhsil almışdır. 1946-cı il dən kinoda (quruluşçu rəssam, rejissor köməkçisi) işləmişdir. Sonrakı 10 il ərzində Ç. Dzavattininin rəhbərliyi altında ona şöhrət gətirən bir neçə qısa metrajlı sənədli film (“Afforinin bandası”, “İncəsənət və reallıq”, “Diskobol”, “Formula 2”, “Hərəkət edən rəsmin yaranması” və s.) çəkmişdir. “Zavallı sevgililər haqqında povest” filminin (1953, rejissor. K. Lidzani) ssenari müəlliflərindən biridir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1960-cı ildən bədii kino sahəsində çalışmışdır (“Dodaq boyası”). Damianinin rejissorluq fəaliyyətində kəskin süjetli, dinamik (“Muzdlu qatil”,   1961; “Kim bilir?”, 1966) kinematoqrafiya meyilli sosial-psixoloji problematikaya (“Arturo adası” və “Həmyerlilərin görüşü”, hər ikisi 1963; “Sıxıntı”, 1964; “Olduqca çətin qız”, 1969) maraqla birləşir. 1960-cı illərin sonu – 1970-ci illərdə Damiani korrupsiya və mafiya mövzularına xüsusi diqqət yetirmiş, siyasi kinematoqrafın liderlərindən biri olmuşdur: “Bayquş gündüz gəlir”(1967), “Ən gözəl arvad” (1970), “Polis komissarının respublika prokuroruna etirafı” (1971, Moskva Beynəlxalq kinofestivalının mükafatı), “İstintaq bitmişdir: unudun” (1972), “Hakimləri niyə öldürürlər” (1975), “Mən qorxuram” (1977), “Diz çökmüş insan” (1979), “Xəbərdarlıq” (1980).[1]

Neorealizm ənənələrini inkişaf etdirmiş Damiani ideal qəhrəmana inamı, romantik kolliziya və teatrallığa meyilliyi saxlamışdır. Digər filmləri: “Cirolimoni, Roma əjdahası” (1972), “Bir dahi, iki bacanaq və toyuq” (1976), “Qudbay və amin” (1978), “Pitseriya hazırlayan məkan va sitəsilə əlaqə” (1985), “Təhqiqat” (1987), “ Tutqun günəş”, “Qətl oyunu” (hər ikisi 1989), “Silahlı mələk” (1991); “Sözlər və qan” (1982), “Leninin qatarı” (1988) tele filmləri; “Sprut” (1984) teleserialı. F.Vançininin “Matteottinin qətli” (1973, Moskva Beynəlxalq kinofestivalının mükafatı) filmində baş rollardan birini oynamışdır.[1]  

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Damiani // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 278.