Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Dana Reyznietsa-Ozola (latış. Dana Reizniece-Ozola; 6 noyabr 1981, Kuldiq[d]) — Latviya şahmatçısı, qrosmeyster (2001) və siyasətçi, Latviya Seyminin (Latviya Parlamenti) deputatı. Latviyanın keçmiş iqtisadiyyat naziri (2014–2016). Latviyanın hazırkı maliyyə naziri (2016-cı ildən).
Dana Reyznietsa-Ozola | |
---|---|
latış. Dana Reizniece-Ozola | |
11 fevral 2016 – 23 yanvar 2019 | |
Baş nazir | Maris Kuçinskis |
Əvvəlki | Yanis Reyrs |
Sonrakı | Yanis Reyrs |
5 noyabr 2014 – 11 fevral 2016 | |
Baş nazir | Laymdota Strauyuma |
Əvvəlki | Vyaçeslav Dombrovskiy |
Sonrakı | Arvils Aşeradens |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 noyabr 1981 (43 yaş) |
Doğum yeri |
|
Partiya |
|
Fəaliyyəti | siyasətçi, şahmatçı |
Vikianbarda əlaqəli mediafayllar |
1998 və 1999-cu illərdə qızlar arasında şahmat üzrə Avropa çempionatında (U-18) qalib olub. Həmçinin qızlar arasında dünya çempionatında iki gümüş medal qazanıb — 1995 (U-14) və 1998-ci ildə (U-18). Qadınlar arasında şahmat üzrə Latviya çempionatında dörd dəfə birinci olub — 1998 (əlavə oyundan sonra), 1999 (turnirdəki bütün oyunlarını udaraq çempionat tarixində ən yaxşı nəticə göstərib), 2000 və 2001-ci illərdə. Səkkiz dəfə Latviyanı qadın şahmat olimpiadalarında təmsil etmişdir (1998, 2000, 2004, 2006, 2010, 2012, 2014, 2016).[1] Reyznietsa-Ozola olimpiadalar zamanı həmişə birinci lövhədə oynayırdı. Latviya komandasının heyətində şahmat üzrə dörd Avropa çempionatında iştirak edib (1999, 2001, 2011,[2] 2015).[3]
Reyznietsa-Ozola şahmatla məşğul olmağın üstünlükləri barədə bunları söyləyib: "Şahmat oynamağı bacarmaq istənilən sahədə insana fayda verir. Əsasən də siyasətdə. Çünki siyasətdə bir neçə gedişi əvvəldən görməlisən."[4]
2010-cu ildə Latviyanın Onuncu Seyminə (Latviya Parlamenti) deputat seçilib (2010–2011), 2011-ci ildə isə "Yaşıllar və kəndlilər İttifaqı" siyasi birliyinin adından yenidən Latviya Seyminə deputat seçilib.[5] 2014-cü ildən 2016-cı ilə qədər Latviyanın iqtisadiyyat naziri vəzifəsini icra edib. 2016-cı ildən Latviyanın maliyyə naziridir.
2011-ci ildə Latviya sərmayələr və inkişaf agentliyinin direktoru Andris Ozolsa ərə gedib. Dörd övlada sahibdir.[6] Böyük qızının 13 yaşı var.[4]