Danevirke


Danevirke (dan. Dannevirke, q.skan. Danavirki, alm. Danewerk‎)[1][2]Almaniyanın şimalında, Şlezviq-Holşteyn torpağında tarixi Danimarka istehkamlar sistemi. Danevirke vikinqlər dövründə Yutlandiya yarımadası boyunca inşa edilmiş əhəmiyyətli bir müdafiə quruluşudur. Bundan sonuncu dəfə 1864-cü ildə hərbi məqsədlər üçün istifadə edilmişdir.

Archaeological Border complex of Hedeby and the Danevirke
Ölkə  Almaniya
Tip Mədəni
Kriteriya iii, iv
Keçid 1553
Daxil edilməsi 2018  (qeyri-məlum sessiya)
Danevirke xəritədə
Danevirke
Danevirke

Danevirke yarımadanın qərbindəki bataqlıqlardan Şlezviq şəhərinə qədər uzanır. Divarın başqa bir hissəsi Şvansen yarımadasını qoruyurdu.

Yazılı mənbələrə görə, Danevirkenin tikintisi prosesinə Danimarka kralı Qudfred 808-ci ildə başlamışdır.[3] O vaxta qədər Friziya və Qədim Saksoniya xalqlarını fəth etmiş frankların işğalından qorxan Qudfred öz torpaqlarını müdafiə etmək üçün Yutlandiya yarımadasını Frank krallığının şimal hüdudlarından ayıran nəhəng bir tikili üzərində işləməyə başlamışdı.[4]

Quruluşun uzunluğu təqribən 30 km, hündürlüyü 3,6–6 metr arasında dəyişir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fehring, Günter P. The Archaeology of Medieval Germany: An Introduction. 24 October 2014. ISBN 9781317605119. 6 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2022.
  2. "Ordbog over det danske Sprog: Virke". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
  3. "Dannevirke" (danimarka). Gyldendal Business. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
  4. Danevirke – Ældre end hidtil antaget! Arxivləşdirilib 25 sentyabr 2015 at the Wayback Machine Museum South-Jutland.  (dan.)
  5. Anders Bøgh. "Valdemarstiden 1157–1241". danmarkshistorien.dk (danimarka). Aarhus University. 14 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2014.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • H. Hellmuth Andersen: «Til hele rigets værn, Danevirkes arkæologi»