Duqum-Danilər, Danilər — Yeni Qvineya adasının qərbində (Şərqi İndoneziya, Papua əyaləti) papuas xalqı. Mərkəzi yaylada, Balim çayının Böyük dərəsində yaşayırlar. Danilər etnik papuas qrupları içərisində ən çox tanınan xalqdır. Buna səbəb əraziyə gələn böyük turist axınlarıdır. Sayları təqribən 25 000 nəfərdir (2007). Dani-nqala dil ailəsinə daxil olan dani dilinin dialektində danışırlar. Linqvistik baxımdan dani dili 4 dialektə bölünür: Aşağı vadidə yaşayan danilər (20 000 nəfər)[1], Orta vadidə yaşayan danilər (50 000 nəfər)[2], Yuxarı vadidə yaşayan danilər (20 000 nəfər)[3], Qərbi danilər(180 000 nəfər)[4]. Dani dilində rəngləri ifadə edən sözlər yoxdur (ağ və qara istisna). İndoneziya dili də yayılmışdır. Danilərin əksəriyyəti xristiandır, qalanları isə ənənəvi inanclarını qoruyub saxlayırlar.
Özünüadlandırma | |||
---|---|---|---|
ind. Suku Dani | |||
Ümumi sayı | |||
25 000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dini | |||
yerli inanc |
Əsas ənənəvi məşğuliyyətləri talalarda toxa əkinçiliyidir (batat, taro, yams, banan, şəkər qamışı, zəncəfil, paxlalılar, qabaqkimilər, tütün). Ənənəvi əmək alətləri — payalar, daş baltalar, silahları isə ox və nizədir. Kisəliləri, gecə quşlarını, gəmiriciləri və quşları ovlayırlar. İt və donuz yetişdirirlər. Yeməkləri torpaq sobada (bakte) bişirirlər. Ənənəvi məskənləri çəpərlənmiş, dairəvi planlıdır. Karkas-dirəkli, yerüstü, dairəvi və uzun evlərdə yaşayırlar. Kişi evi (bilai) dairəvi, karkas-dirəklidir, döşəməsi torpaqdan 1 m hündürlükdədir. Qadınlarda bel sarğısı (yoqal) olurdu, ağır yük daşımaq üçün arxalarında tor zənbil gəzdirirdilər. Kişi bəzəklərinə hörmə qolbaqlar, üzərinə balıqqulağıları tikilmiş döşlüklər, cənnətquşu lələklərindən düzəldilmiş baş geyimləri və s. aiddir. Qohumluq sistemi ata xətti ilə hesablanır. Ekzoqam fratriyalar (Vayja və Vida) və lokallaşmamış totem qəbilələr mövcud idi. Nəsildə liderlik döyüş qabiliyyətinə görə müəyyənləşdirilirdi. Bəxşiş mübadiləsi və yaş dərəcələri sistemi, inisiasiya mövcud idi. Monoqamiya üstünlük təşkil etsə də, poliginiya da mövcuddur; levirat yayılmışdır. Əcdadların və ruhların kultu, fövqəltəbii qüvvələrə inam və mifologiya qorunub saxlanılmışdır; qayaüstü təsvirlər məlumdur. Əsas musiqi alətləri yalnız kişilərin çaldıqları qamış varqamdır (biqon).
1961-ci ildə Harvarda-Pibodi araşdırma layihəsinin iştirakçısı limi rejissor Pobert Qardner Balim çayı vadisində çəkilişlər aparmışdır. 1965-ci ildə o bu çəkilişlər əsasında "Ölü quşlar" filmini çəkdi. Qardner danilərdə mövcud olan ölüm və insan-quşlar mövzusuna toxunmuş.
Amerika Birləşmiş Ştatlarının 41-ci vitse-prezidenti Nelson Rokfellerin oğlu Maykl Rokfeller Harvarda-Pibodi araşdırmasının üzvi olmuş və film çəkilişlərində iştirak etmişdir. Daha sonra Maykl Asmat adamlarını araşdırmaq üçün Yeni Qvineyanın digər bölgələrinə səfər etmişdir. Tezliklə Mayklın itkin düşdüyü məlum olmuş və hələ də onun bədəni aşkar edilməmişdir.