Danimarka krallığı

Danimarka krallığı
İcmanın üzv-dövlətləri

Danimarka krallığı (dan. Kongeriget Danmark) — üç muxtar hissədən ibarət olan konstitusiyalı monarxiyaicma:

Danimarka, məhkəmə, icra və qanunverici qolları olan birliyin yüksək səviyyəli üzvüdür[2]. Üzv-dövlət münasibətləri "Rigsfællesskabet" adlanır[3]. Farer və Qrenlandiya Ev İdarəetmə Qanununa görə, Farer adaları və Qrenlandiya krallıq daxilindəki insanların özünü idarə edən icmasını təşkil edir. Bu üç dövlətdən yalnız Danimarka Avropa Birliyinə üzvdür[4].

Dövlət Əhali Sahə (km²) Əhali sıxlığı (km² ilə)
Danimarka Danimarka krallığı 5 626 011 2 220 093 2,5
Danimarka Danimarka 5 519 441 43 094 127
Farer adaları Farer adaları 49 006 1 399 34
Qrenlandiya Qrenlandiya 57 564 2 175 600 0,026

Üzv dövlətlər

[redaktə | mənbəni redaktə et]

Danimarka Şimali Avropada yerləşir, qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən SkagerrakKattegat boğazlarına nəzarət edir. Ölkənin ərazisində yerləşən ən köhnə torpaqlar Mezozoy dövründən qalmışdır. O dövrlərdə, Cənubi Skandinaviya masifini əhatə edən geniş bir dəniz var idi. Bu səbəbdən Danimarka, Skandinaviya ölkələrindən geoloji olaraq fərqli bir ölkədir. Danimarkanın çayları qısadır. Onlardan ən uzunu Quden çayıdır (149 kilometr). Buna görə Danimarka çaylarında su elektrik stansiyası qurmaq olmaz. Danimarka relyefinin əksəriyyəti düz ərazidən ibarət olduğuna görə, çoxlu sayda göl yaranmışdır. Kiçik Kəmər boğazı, Yutlandiya yarımadasının Fyon adasından ayırır. Boğazın cənub-şərqində, Lanqeland Adası yerləşir. Danimarkadakı Böyük Kəmərin şərqində, paytaxt Kopenhageni ehtiva edən Zelandiya adası yerləşir. Yutlandiya yarımadasının şimalında bir neçə dərin boğazlar mövcuddur. Bunların ən uzunu Limford və Mariyager Fyord boğazlarıdır. Danimarkanın şərq sahilində, Baltik dənizində ölkəyə aid olan 443 ada yerləşir.[5]. Paytaxt Kopenhagen Zellandiya və Amağer adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır (Qrenlandiya istisna olmaqla). Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ölkə ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür. Kopenhagen və Ferederiksberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.

Farer adaları Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupudur. Danimarka krallığının tərkibinə daxil olsa da, 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır. Farer adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir. Farer adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir. Farer adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları — Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 km², bütün adaların ümumi sahəsi isə 1395,74 km².-dir. Farer adalarından İslandiyaya qədər məsafə — 450 km, Norveçə qədər — 675 km, Kopenhagenə qədər — 1117 km.-dir. Farer adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.

Qrenlandiya Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazidir. Sahəsi 2 166 086 km² olmaqla dünyanın ən böyük adasıdır. Qrenlandiya adı iki dan sözündən — grøn (yaşıl) və land (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl ölkə", "yaşıl diyar" mənasını verir. Qrenlandiyada böyük neft, qaz, qızıl və almaz yataqları var. Adanın əsas əhalisi inuitlər, yəni eskimoslardır. Ada Danimarka büdcəsindən çox asıldır və oradan ildə 500 milyon avroya yaxın vəsait alır. Bu, Qrenlandiya ÜDM-nin 30 faizi qədərdir.

  1. Водовозов В. В., Винклер, П. П., Книпович Н. М., Лучицкий И. В., Прозоровский Д. И. Дания // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  2. Harhoff, Frederik (1993) Rigsfællesskabet (in Danish with English summary). Århus: Klim, p. 498. ISBN 87-7724-335-8
  3. Skou, Kaare R. (2005) Dansk politik A-Å (на датском). Aschehoug, p. 578. ISBN 87-11-11652-8
  4. Lov om Færøernes Hjemmestyre Arxivləşdirilib 2014-09-25 at the Wayback Machine (на датском). Retsinformation.dk. "§ 1. Færøerne udgør inden for denne Lovs Rammer et selvstyrende Folkesamfund i det danske Rige. I Henhold hertil overtager det færøske Folk ved sin folkevalgte Repræsentation, Lagtinget, og en af dette oprettet Forvaltning, Landsstyret, inden for Rigsenheden Ordningen og Styrelsen af færøske Særanliggender som angivet i denne Lov."
  5. ""Europe :: Denmark" ([[Azərbaycan dili|azərb]]. "Avropa :: Danimarka"‎)" (ingilis). CIA. 2017-07-11. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.