"Danimarkalı qız" (ing. The Danish Girl) - rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir.[1] Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar.
Eddi Redmeyn filmdəki roluna görə müxtəlif mükafatlara layiq görülmüşdür. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi | 25 | 59 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar |
72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən[2][3] film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir.[4] 27 noyabr 2015-ci ildə “Focus Features” tərəfindən ABŞ-da məhdud yayıma çıxarılan[5] film, 1 yanvar 2016-cı ildə “Universal Pictures International” tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır.[6]
“Danimarkalı qız” filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. “Rotten Tomatoes” aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: “Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir.”[7] “Metacritic” aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, “əsasən müsbət rəylər” alması qeyd edilmişdir.[8]
Film tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə[9][10], bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir.[11][12][13]
Mükafatlar | ||||
---|---|---|---|---|
Mükafat | Kateqoriya | Qalib(lər) və nominant(lar) | Nəticə | |
5-ci Avstraliya Kino və Televiziya Sənətləri Akademiyası Beynəlxalq Mükafatı | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | ||
88-ci Oskar mükafatı | Ən yaxşı kişi rolu | Eddi Redmeyn | Namizəd | |
Ən yaxşı ikinci dərəcəli qadın rolu | Alisiya Vikander | Qazandı | ||
Ən yaxşı quruluşçu-rəssam | iv Stüart və Maykl Stendiş | Namizəd | ||
Ən yaxşı kostyum dizaynı | Pako Delqado | Namizəd | ||
Afro-Amerikan Film Tənqidçiləri Assosasiyası | Top On Film | Danimarkalı qız | Qazandı | |
Qadın Film Jurnalistləri Alyansı | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
Ən yaxşı performans nailiyyəti | Alisiya Vikander | Qazandı | ||
Sevmək istədiyin, lakin bacarmadığın film | Danimarkalı qız | Qazandı | ||
Bədii rəhbərlər Gildiyasının mükafatı | Period filmi | İv Stüart | Namizəd | |
69-cu BAFTA mükafatı | Ən yaxşı Britaniya filmi | Danimarkalı qız | Namizəd | |
Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | ||
Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | ||
Ən yaxşı kostyum dizaynı | Pako Delqado | Namizəd | ||
Ən yaxşı makiyaj və saç düzümü | Cen Sevell | Namizəd | ||
Britaniya Müstəqil Film Mükafatı | İkinci dərəcəli rolda ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | |
Kapri-Hollivud Beynəlxalq Film Festivalı | İlin kəşfi | Mattias Şonarts | Qazandı | |
Amerika Kastinq Cəmiyyəti | Studiya və ya müstəqil – Dram | Nina Qold | Namizəd | |
Mərkəzi Ohayo Film Tənqidçiləri Asssosasiyası | Ən yaxşı aktrisa | Alisiya Vikander | II yer | |
İlin aktyoru (nümunəvi bədən işinə görə) | Qazandı | |||
Nailiyyətli Film Aktyoru | Qazandı | |||
Çikaqo Film Tənqidçiləri Assosasiyası | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
21-ci Tənqidçilərin Seçimi Mükafatı | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
Ən yaxşı aktrisa | Alisiya Vikander | Qazandı | ||
Ən yaxşı quruluşçu-rəssam işi | İv Stüart, Maykl Stendiş | Namizəd | ||
Ən yaxşı kostyum dizaynı | Pako Delqado | Namizəd | ||
Ən yaxşı saç düzümü və makiyaj | Karmel Cekson | Namizəd | ||
Dallas Fort-Uort Film Tənqidçiləri Assosasiyası | Top On Film | Danimarkalı qız | Qazandı | |
Ən yaxşı film | Danimarkalı qız | Namizəd | ||
Ən yaxşı aktyor | Eddi Redmeyn | III yer | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | IV yer | ||
Denver Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | |
Detroit Film Tənqidçiləri Cəmiyyəti | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Qazandı | |
Nailiyyət | Qazandı | |||
Film Sənətləri Kino Mükafatı | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | ||
Florida Film Tənqidçiləri Dairəsi | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
FFTD Sıçrayış mükafatı | Alisiya Vikander | Namizəd | ||
73-cü Qızıl Qlobus mükafatı | Bədii filmdə Ən yaxşı aktyor - Dram | Eddi Redmeyn | Namizəd | |
Bədii filmdə Ən yaxşı aktrisa - Dram | Alisiya Vikander | Namizəd | ||
Ən yaxşı orijinal film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Hollivud Film Mükafatı | Hollivud Rejissor Mükafatı | Tom Huper | Qazandı | |
Hollivud Aktrisa Nailiyyəti Mükafatı | Alisiya Vikander | Qazandı | ||
Hollivud Film Bəstəkarı Mükafatı | Aleksandr Desplat | Qazandı | ||
Hollivud Film Tənqidçiləri Cəmiyyəti | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | |
İndiana Film Jurnalistləri Assosasiyası | Ən yaxşı rejissor | Tom Huper | Namizəd | |
ikinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | ||
ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | ||
Kanzas Şəhər Film Tənqidçiləri Dairəsi | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
Las-Veqas Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | |
Nyu-York Onlayn Film Tənqidçiləri | Nailiyyətli Performans | Alisiya Vikander | Qazandı | |
Onlayn Film Tənqidçiləri Cəmiyyəti | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | |
Palm-Sprinq Beynəlxalq Film Festivalı | Parlayan Ulduz Mükafatı | Alisiya Vikander | Qazandı | |
Feniks Tənqidçilər Dairəsi | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | |
Feniks Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı film | Danimarkalı qız | Namizəd | |
Ən yaxşı aktyor | Eddi redmeyn | Namizəd | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Qazandı | ||
Ən yaxşı quruluşçu-rəssam işi | İv Stüart | Namizəd | ||
Ən yaxşı kostyum dizaynı | Pako Delqado | Namizəd | ||
San-Diyeqo Film Tənqidçiləri Cəmiyyəti | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya vikander | Namizəd | |
Nailiyyətli aktyor | II yer | |||
Ən yaxşı bədən işi | Qazandı | |||
San-Fransisko Film Tənqidçiləri Dairəsi | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | |
20-ci Peyk mükafatı | Ən yaxşı rejissor | Tom Huper | Namizəd | |
Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | ||
ikinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Qazandı | ||
Ən yaxşı orijinal film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Ən yaxşı adaptasiya olunmuş ssenari | Lüsinda Kokson | Namizəd | ||
Ən yaxşı bədii rəhbər və quruluşçu-rejissor işi | İv Stüart | Namizəd | ||
Ən yaxşı kostyum dizaynı | Pako Delqado | Namizəd | ||
22-ci Ekran Aktyorları Gildiyasının mükafatı | Əsas rol aktyorunun əlamətdar performansı | Eddi Redmeyn | Namizəd | |
İkinci dərəcəli rol aktrisasının əlamətdar performansı | Alisiya Vikander | Qazandı | ||
Sent-Luis Film Tənqidçiləri Cəmiyyəti | Ən yaxşı aktyor | Eddi redmeyn | Namizəd | |
Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | ||
Ən yaxşı quruluşçu-rejissor | İv Stüart | II yer | ||
Vankuver Film Tənqidçiləri Dairəsi | Ən yaxşı aktyor | Eddi Redmeyn | Namizəd | |
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | ||
72-ci Venesiya Beynəlxalq Film Festivalı | Mavi Şir | Tom Huper | Qazandı | |
Qızıl Şir | Namizəd | |||
Yaşıl Damla Mükafatı | Namizəd | |||
Vaşinqton D.C. Area Film Tənqidçiləri Assosasiyası | Ən yaxşı aktrisa | Eddi Redmeyn | Namizəd | |
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Alisiya Vikander | Namizəd | ||
Qadın Film Tənqidçiləri Dairəsi | Ən yaxşı aktyor | Eddi Redmeyn | Qazandı | |
Görünməz qadın mükafatı | Alisiya Vikander | Qazandı |
Danimarkalı qız filminin mükafatları Internet Movie Database-də.