Daqerotipiya

Lui Dagerin 1844-cü ildə çəkilmiş dagerotipi

Dagerotipiya (və ya dagerrotipiya; fr. Daguerréotype) — praktik cəhətdən ilk fotoqrafik görüntü əldə etmə üsulu.

Dagerotipiya 1822-ci ildə fransız ixtiraçısı Cozef Nyeps tərəfindən yaradılmış və rəssam Lui Dager tərəfindən 7 yanvar 1839-cu ildə Fransa Elmlər Akademiyasına təqdim edilmişdir.

Dagerotipdə təsvirin keyfiyyəti, təbəqənin hamarlığı ilə düz mütənasibdir. Çətinliyi və bahalı olması səbəbi ilə demək olar ki, istifadə edilmir.

Studiyada bu texnika ilə foto çəkərkən, arxadan kürəyi və qolu sabit saxlamaq üçün xüsusi aparat mövcuddur. Buna görə də fotolardakı insanlar dimdik formada görünürlər.

1851-ci ildə yaş kollodion prosesinin kəşf olunması ilə çətin və təhlükəli olan dagerotipiyadan imtina edildi.

Gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələr yod buxarına tutulur. Nəticədə lövhənin üzərində işığa həssas, nazik gümüş-yodid təbəqəsi əmələ gəlir. Lövhə kamera-obskura içində 15–30 dəqiqə gözlədilir və işığın təsiri ilə gümüş-yodid təbəqəsinin üzərində gizli təsvir formalaşır. Təsviri üzə çıxarmaq üçün civə buxarından istifadə edilir.