Dar Emtedade Şab

Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.

Uzun gecə
fars. در امتداد شب
ing. The Night Never Ends
Janr melodram
Rejissor Pərviz Səyyad
Baş rollarda Ququş
Səid Kəngərani
Operator Əli Rza Zərindast
Bəstəkar Məhəbbəti Mirzadə
İlk baxış tarixi 1977
Müddət 2 saat 1 dəqiqə 7 saniyə
Ölkə İran İran
Dil farsca
İl 1977
Texniki məlumatlar 2 hissə
Rəng rəngli
IMDb ID0077398

Filmin məzmunu

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]