Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır.
Ququş | |
---|---|
fars. گوگوش | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Faiqə Atəşin |
Ləqəbi | Ququş |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Həyat yoldaşları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa, müğənni |
Fəaliyyət illəri | 1953-cü ildən |
Janrlar | pop musiqisi |
googooshconcerts.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاهماهی موسیقی ایران") adlandırmışdılar.
Ququş 1950-ci il mayın 5-də[1] Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır. 7 yaşından filmlərə çəkilir.
1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi "Retour de la ville" və "J'entends crier je t'aime"[2] mahnılarına görə birinci yeri tutur. Azərbaycanda Rəşid Behbudovun oxuduğu "Ayrılıq" (mus. Əli Səlimi, söz. Rəcəb İbrahimi) mahnısının ifasına görə daha çox tanınır.[3]
Ququş fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və erməni[4] dillərində mahnılar oxuyub. Mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyət qazanıb. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. Lakin 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub.
Ququş 2000-ci ildə Şimali Amerikaya köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun "Qərib-e aşena" ("Tanış olan özgə") mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.
Ququş üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu var.
Ququş 2009-cu ilin iyun ayında İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bildirib.
Aclıq aksiyası üç gün – iyulun 22-dən 24-dək davam edəcək. Aksiyanın təşəbbüskarı mühacirətdə yaşayan 26 nəfər İran ziyalısıdır. Dissident ziyalılar iyunun 12-də İranda keçirilən son prezident seçkisindən sonra reallaşan nümayişlərin qətllər və kütləvi həbslər yoluyla yatırılmasına etiraz edirlər.
Ququş öz bəyanatında bildirib ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-də yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: "Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik".
Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: "Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam".[5][6]