Darləçək qlobulariya

Darləçək qlobulariya (lat. Globularia trichosantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.

Darləçək qlobulariya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs yumurtavari və ya uzunsov tərs yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15–20 mm diametrdə, kürəvaridir. Kasacıq 6–7 mm, meyvə verən zamanı 7,5–88 mm-ə qədər uzanır. Tac 10–11 mm uzunluqda, mavi rəngli, nazik borucuqlu və ikidodaqlı, əyri, çıxıntılı, üst dodağın hissəcikləri sapvari, 4-4,5 mm uzunluğunda, alt dodağın hissəcikləri dar, xətvari, 3 damarlıdır. Erkəkciklər sapvari, tacın borusundan çıxırlar. Meyvə bərabər kisəcik, üst tərəfdə tac ilə, kasacığın içərisində uzunsovdur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may-iyun, meyvə əmələgəlmə iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı və yuxarı dağ qurşağında otlu yerlərdə rast gəlinir.

Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu — Axura, Havuş kəndlərinin ətrafı, Qaraquş dağı ərazisi; Culfa rayonu — Ərəfsə kəndi ətrafı, Aracıq dağı ərazisi).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azdır, mənfi amillər azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen faktorlar (otarılma, tapdalanma) və iqlimdir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Akademik Həsən Əliyev adına Zəngəzur Milli ParkıArpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.