Daruğa (başq. даруга, tatar. даруга/daruğa; monq. daru- – "basmaq", "möhürləmək")[1] — Monqol imperiyasında ərazi vahidi. Bir daruğa daruğaçı tərəfindən idarə olunurdu.
Sonralar bu termin vilayət üçün, əsas da XV–XVI əsrlərdə Kazan və Sibir xanlıqlarında istifadə edilmişdir. XVI–XVIII əsrlərdə Rusiya imperiyasının türklər yaşayan bölgələrində istifadə edilmişdir.[2] Səfəvi İranında bu, prefekt mənasını verən bir titul olmuşdu. [3] Çoxsaylı Səfəvi daruğalarından biri Səfiquli xan idi.
1762-ci ildə başqırd xalqı Kazan, Noqay, Osin Daruğa və Sibir daruğalarına nəzarət edirdi.[4]
Darugha - the word is derived from the Mongol daru-, 'to press, to seal' and was used to denote a chief in the Mongol feudal hierarchy (...)