Darxan Kıdırali

Darxan Kuandık oğlu Kıdırali (16 aprel 1974, Tülkübas rayonu[d], Çimkənd vilayəti) — tarix elmləri doktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü (2017), Beynəlxalq Türk Akademiyasının Prezidenti (2014-cü ildən indiyədək), “Egemen Qazaxıstan”rəsmi dövlət qəzeti İdarə Heyətinin sədri (2016-cı ildən indiyədək). 28 dekabr 2017-ci il tarixində Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilmişdir.[1]

Darxan Kıdırali
Darxan Kuandık oğlu Kıdırali
Doğum tarixi (50 yaş)
Doğum yeri Qazaxıstan, Tülkibas
Elm sahələri tarix, türkologiya
Elmi dərəcəsi tarix elmləri doktoru
İş yerləri Beynəlxalq Türk Akademiyası və "Egemen Qazaxıstan" rəsmi dövlət qəzeti
Təhsili Fərabi adına Qazaxıstan Milli Universiteti, Mərmərə Universiteti, Dokuz Eylül Universiteti, Ege Universitetiİstanbul Universiteti
Mükafatları Azərbaycan Respublikasının "Dostluq" dövlət ordeni, Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanı, Macarıstanın “Şərəf” Ordeni və s.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Darxan Kıdırali 16 aprel 1974-ci ildə Cənubi Qazaxıstan vilayətinin Tülkibas rayonunda anadan olub. Fərabi adına Qazaxıstan Milli Universitetində (1991-1992), Türkiyənin Mərmərə (1992-1996), Dokuz Eylül (1996-1997), Ege (1997-1998) və İstanbul (1998-2001) universitetlərində ali təhsil alıb. 2001-ci ildə İstanbul Universitetinin doktorluq proqramını müvəffəqiyyətlə bitirərək fəlsəfə doktoru, 2010-ci ildə isə Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetində elmlər doktoru elmi dərəcəsi alıb.

  • 2001-2005 - Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetində aparıcı mütəxəssis-tədqiqatçı, baş katib, şöbə müdiri, idarə rəisi, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı;
  • 2005-2006 - L.Gumilyov adına Avrasiya Milli Universitetində dosent, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı;
  • 2006-2007 - Qazaxıstan Respublikası Prezident Administrasiyası Mədəniyyət Mərkəzinin direktor müavini;
  • 2007-2008 - Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyində nazir müşaviri;
  • 2008-2009 - Qazaxıstan Respublikası Prezident Administrasiyasında ekspert, idarə rəisi;
  • 2009-2012 - Qazaxıstan Respublikası PrezidentAdministrasiyasında mətbuat katibinin müavini;
  • 2012-2014 – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Baş Katibinin müavini;
  • 2014-ci ildən indiyədək Beynəlxalq Türk Akademiyasının Prezidentidir.
  • 29 iyun 2015-ci il tarixindən Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının Katibliyinə sədrlik edir. Eyni zamanda, həmin Birliyin qurulmasında önəmli töhfələri olub. 2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında "Dədə Qorqud irsi və Türk Dünyası" mövzusunda beynəlxalq tədbiri, 2016-ci ildə isə Nyu-Yorkda, BMT-nin qərargahında “2030 gündəliyi: İpək Yolu Sinerjisi” mövzusunda Beynəlxalq simpoziumu təşkil edib.
  • 2016-ci ilin iyun ayındanindiyədək “Egemen Qazaxıstan” rəsmi dövlət qəzeti İdarə Heyətinin sədridir.

Evlidir, dörd oğlu, və bir qızı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Mustafa Çokay. Ankara, 2001.
  • Tarazın Tarixi. Taraz, 2005.
  • Türk xalqalarının ədəbiyyat tarixi (kollektivmonoqrafiya). Türküstan, 2005.
  • Mustafa Çokay. Astana, 2007.
  • Böyük Türküstan. Astana, 2008.
  • Adımı İnsan qoyunca... Astana, 2008.
  • Müqəddəs Yer. Astana, 2009.
  • Mustafa. Astana. 2012.
  • Bengü Daş. Almatı, 2015
  • Qazaxıstan Respublikası "Darın" Gənclər mükafatı (2008);
  • Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanı (2010);
  • Türkologiya sahəsindəki uğurlarına görə “Kültegin” mükafatı (2014);
  • TÜRKSAV-ın "Türk Dünyasına Xidmət" mükafatı (2015);
  • "Yeni Türkiyə" Strateji Araşdırmalar Mərkəzinin "Türk Tarixi v əMədəniyyətinə xidmət" qızıl medalı (2015);[2].
  • “Qazaxıstan Xalqı Assambleyasının 20illiyi” yubiley medalı (2015);
  • MDB Parlament Assambleyası Şurasının "Mətbuat və informasiyaya xidmət" mükafatı (2016);
  • İpəkyolu Strateji Araşdırma Mərkəzi və İpək Yolu jurnalının təyinetdiyi “İlin Altın Adamı” beynəlxalq mükafatı (2016);
  • Macarıstanın “Şərəf” Ordeni (2017);
  • Azərbaycan Respublikasının "Dostluq" dövlət ordeni (2017);[3]
  • "İnformasiya sahəsində ən yaxşı" mükafatı (2017).
  1. "D.K.Kıdırəlinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  2. "Президент Международной тюркской академии". 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  3. "Президент Азербайджана наградил Дархана Кыдырали орденом «Достлуг» Все права защищены. Используйте активную ссылку на inform.kz". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]