Dastakert

Dastakert - Antik və Erkən orta əsrlərə aid torpaq mülkiyyəti forması.

Bu növ torpaq mülkiyyəti Atropatena, Qafqaz Albaniyası, Parfiya, Sasanilər dövləti və sair dövlətlərdə olub. Əksər tarixçilər dastakert termininin izahını bu cür verirlər: Dastakert, qulların məskun olduğu və onların əməyindən istifadə olunan mülkiyyət formasıdır.

Sözün birinci hissəsini təşkil edən "dəst" aramey dilində "əl", "kərd" isə pəhləvi və müasir fars dilində "kərdən" felindən o dastakert termininə təsadüf edilir. Orada dastekert yaşayış yeri mənasında işlənərək şəhər və bazarı olan kəndə deyilir.

Qafqaz albanlarından olan tarixçi Moisey Kalankatlının göstərdiyinə görə azatlar bir neçə dastakertin sahibi olurdu.

S.T.Yeremyan qeyd edir ki, Ermənistan ərazisində mövcud olmuş dastakertlərdə çalışanlar əsas etibarilə qullar olmuşlar.

Sasanilər dövründə İran ərazisində feodal torpaq mülkiyyətinin iki əsas forması dastakert (nəsli) və xastak (şərti) torpaq mülkiyyəti forması mövcud olmuşdur. Ellinizm dövründə İran ərazisində dastakertlə xastak torpaq mülkiyyət formaları prinsip etibarilə biri digərindən o qədər də fərqlənmirdi. Lakin "Madaktani hazar datasdan"da göstərildiyi kimi dastakert irsi mülkiyyətə deyilir. Xastakı isə satmaq, bağışlamaq, girov qoymaq olardı. Dastakert isə yalnız bir şəxsə deyil, bütün ailəyə məxsus olurdu. Dastakert torpaqlarında hüquqi nöqteyi-nəzərdən ailənin ağsaqqalı əsas sima hesab edilirdi.