Datisca glabra

Kənafabənzər dəliçətənə (lat. Datisca cannabina) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin dəliçətənəkimilər fəsiləsinin dəliçətənə cinsinə aid bitki növü.

Kənafabənzər dəliçətənə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisi olub, kökümsovu yoğun budaqlanandır. Gövdəsi düzqalxan, çılpaq, hündürlüyü 2-3 m-ə bərabərdir. Yarpaqları cüt olmayan lələkli, iri, uzunluğu 10-35sm olub, növbəli, yalançı zoğu olmayan, saplağının uzunluğu 3-7 sm-dir. Çiçəkləri yaraşıqsız, tutqun, kiçik, düzgün, ayrı cinsiyylətli, yuxarı yarpaqları fırçayabənzər, uzunluğu 3-20 sm, gövdənin zirvəsindəki çiçəkləri süpürgə çiçək qrupunda toplanmışdır. Meyvələri uzunsov-ellipsşəkilli olub, böyük olmayan qutucuqdur. İkievlidir. Qafqazda iyundan avqusta qədər, Orta Asiyada isə iyun-iyul aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.

Qafqazın demək olar ki, bütün rayonlarında yabanı növü rast gəlinməklə yanaşı, Dağıstan, Orta Asiyanın Sırdərya, Pamir-Altay və Tyan-Şanda regionlarında yayılmışdır. Yabanı pöhrəliklərdə xammal ehtiyatı mədəni halda əkiləndən daha çox olur. Toxumları çox kiçikdir. Mockva vilayətində, Şimali Qafqaz və Ukraynada mədəni şəkildə əkilir.

Özünəməxsus dağ silsiləsi və dağ dərələrində yaşayır. Çətənə ilkin olaraq dayaz sucaq, yerlərdə zəif inkişaf edir, qalxır, sonradan böyüyərək yatır. Çətənə təbii şəraitdə əhəmiyylətli pöhrəliyə çevrilərək qrup halında yayılır.

Çətənənin xüsusən toxumlarından ehtiyatlı olmaq lazımdır. Tənəffüslə qəbulu olduqca təhlükəlidir. Qurudulma 40-50ºС temperaturda aparılmalıdır.

Xammal yarpaq, gövdə, saplaq və çiçəkqrupu hesab olunur. Zəif iyli və acı dadlıdır. Havası dəyişilən yerlərdə saxlanılır. Saxlama müddəti 3 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Yerüstü hissələrinin tərkibi flavonoidlər (10%): datişçin, qalanqinozid, datinozid, kannabin, rutin, datiskanin maddələrindən ibarətdir. Tərkibində alkaloidlər, triterpenoidlər, steroidlər və aşı maddələri (2,9%) vardır.

Dərman preparatları – Datiskan həbi 0,05 q. Spazmalotik dərmandır.

Famakoterapevtik qrup Spazmalotik xassəli dərmandır.

Bu bitkinin əsasən ödqovucu və iltihabsorucu təsiri vardır. «Datiskan» adlı dərman maddəsi alınır ki, yaraəleyhinə və spazmalotik təsir göstərir. Yoğun bağarsağın saya əzələlərinə və öd yollarına təsir edir. Toksiki təsiri azdır. Ödqovucu kimi xolesistitlərdə, spazmalotik olmaqla, hipoasit qastritlərdə və mədə və onikibarmaq bağırsağın xorasında təyin edilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1037.