Daur murdarçası (lat. Rhamnus davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
Daur murdarçası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Daur murdarçası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii halda Monqolustan, Çin, Koreyada yayılmışdır.
Hündürlüyü 10 m-ə çatan ağacdır. Ağacın qabığı tünd, qaramtıl-qonur rənglidir, nisbətən yaşlı ağaclarda çatlar əmələ gəlir.Cavan budaqlar tüklü yaşıldır, sonralar boz və ya açıq qəhvəyi rəngli olur. Budaqların ucunda adətən iri tumurcuq yerləşir. Yarpaqlar qarşı-qarşıya və ya növbəli yerləşir, üst səthi parlaq, yaşıl rənglidir, alt tərəfi boz- yaşıl, çılpaq və ya damar boyu tükcüklüdür. Uzunsov oval və ya oval formalı olub, eni 5-10 sm-dir, kənarı dişlidir. Çiçəklər yaşımtıl sarıdır, zəngşəkillidir, uzunluğu 4-6 mm-dir. Meyvəsi şarşəkilli çəyirdəkdir, tünd göy rəngdədir, diametri 5-7 mm-dir. Meyvənin ləti sarımtıl yaşıldır, büzüşdürücü dada malikdir. Yanbudaqlarda xırda dikanlar var. May-iyun aylarında çiçəkləyir, meyvələri sentyabrda yetişir. Toxumla çoxaldılır.
Şaxtaya quraqlığa davamlıdır. Dərələrdə, dağ yamaclarında, bəzən də qayalıqlarda bitir.
Azərbaycanın rayonlarında tək və qrup halında yaşıllaşdırmada mədəni şəraitdə rast gəlinir.
Meyvəsi və qabığından alınan ekstrakt pankreatitin, iltihabi proseslərin, xərçəngin müalicəsində yaxşı effekt verir, fermentativ aktivliyi normallaşdırır. Dekorativ məqsəd üçün də yaşıllaşdırmada istifadə olunur.