David Miller (tenor)

David Miller (14 aprel, 1973, San Dieqo, Kaliforniya, ABŞ) — amerikalı tenor və İl Divo qrupunun üzvü.

David Miller
David Miller
David Miller Osloda Nobel Sülh Mükafatı konserti zamanı.
David Miller Osloda Nobel Sülh Mükafatı konserti zamanı.
Ümumi məlumatlar
Doğum tarixi (52 yaş)
Doğum yeri San Dieqo, Kaliforniya, ABŞ
Milliyyəti ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
aktyor
Fəaliyyət illəri 2000-davam edir
Janr Klassik crossover
Musiqi aləti Elektronik baraban
Səs tembri tenor
Albom şirkəti Sony BMG
Əlaqəsi İl Divo
Üzvlüyü
ildivo.com/uk/band/david
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi.

1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ Evdə Bill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib.

border=none Əsas məqalə: İl Divo

2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.

Qrupun ilk albomu İl Divo adlanır. Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom — Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.

2004 — Il Divo
2005 — Ancora
2006 — Siempre
2008 — The Promise
2011 — Wicked Game
2013 — A Musical Affair
2015 — Amor & Pasión