Sebastien İzambard (7 mart, 1973, Paris, Fransa) fransız pop müğənni və İl Divo qrupunun üzvü.
Sebastien İzambard | |
---|---|
Sébastien Izambard | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Milliyyəti | Fransa |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
Müğənni aktyor |
Fəaliyyət illəri | 2000-davam edir |
Janr | operatik pop |
Musiqi alətləri | Piano, Gitara |
Səs tembri | tenor |
Albom şirkəti | Sony BMG |
Əlaqəsi | İl Divo |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Sebastien İzambard 7 mart 1973-cü ildə Parisdə kasıb ailədə dünyaya gəlmişdir. Atası İzambardın altı yaşı olanda anasını, İzambardın özünü və nənəsini evdə yalnız buraxıb qaçmışdı. Kasıbçılıq içində olduqlarından İzambard bir dəfə mağazadan yemiş oğurlamış və anasına aparmışdı. Anası isə onun yemişi oğurladığını öyrəndikdə İzambardın geri qayıdıb mağaza sahibindən üzr istəməsini tələb etmişdi. İzambard böyüdükcə musiqiyə olan sevgisi artırdı.
O ilk dəfə Fransada pop musiqiçi kimi fəaliyyətə başlamışdır, ilk olaraq Libre adlı albomu işıq üzü görmüşdü. Si Tu Savais adlı musiqisi isə Fransada ən çox dinlənilən mahnılar arasında birinci yerdə qərarlaşmışdı. Oxumaqdan əlavə İzambard həm bəstəkardı, həmçinin piano və gitarada çalmağı bacarır.
2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa ispaniyalı bariton Karlos Marin, amerikalı tenor David Miller və isveçrəli tenor Urs Büler yer alırlar.
İl Divo qrupunun nəzdində iki arzusunun olduğunu qeyd etmişdi: dördlük üçün musiqi bəstələmək və fransızca oxumaq. Belə ki, qrupun Ankora adlı ikinci albomunda iki musiqi məhz fransız dilində səslənir: "Je Crois en toi" və "Pour Que Tu M’Aimes Encore".
Qrupun ilk albomu İl Divo adlanır. Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom - Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.
Sebastien İzambard 2005-ci ildə Avstraliyada turda olarkən tanış olduğu Renee Merfi ilə evlidir. 20 mart 2008-ci ildə onların Luka və Rouz adlı əkizləri dünyaya gəlmişdir. 23 may 2011-ci ildə isə onların üçüncü övladı Cud dünyaya göz açıb.