Urs Büler (19 iyul, 1971, Luzern, İsveçrə) — isveçrəli tenor və İl Divo qrupunun üzvü.
Urs Büler | |
---|---|
Urs Toni Bühler | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Luzern, İsveçrə |
Milliyyəti | İsveçrə |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1988-davam edir |
Janr | Klassik crossover |
Musiqi alətləri |
skripka klarnet piano gitar balaban |
Səs tembri | tenor |
Albom şirkəti | Sony BMG |
Əlaqəsi | İl Divo |
Üzvlüyü | |
ildivo.com/band/urs/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Urs Büler beş yaşında artıq xorda oxumağa başlayıb və piano, gitar, skripka, balaban kimi musiqi alətlərində çalmağı öyrənib. Onun əsas karyerası 15 yaşında bir musiqi qrupunda başlayıb, 17 yaşında isə o artıq başqa bir qrupun aparıcı müğənnisi idi. Həmçinin o Musiqi Akademiyasında və Kilsə Musiqisindən dərslər alırdı. Bu sahədə daha çox uğur qazanmaq üçün o Niderlanda, Amsterdama köçdü. Burada o məşhur almaniyalı bariton Udo Reinmanla birlikdə Amsterdam Konservatoriyasında təhsil aldı. Büler Klaudio Abbadonun rəhbərliyi altında Zaltsburq Festivalında da çıxış etmişdir. İl Divo qrupuna qoşulanadək o əsasən Niderlandda yaşayırdı və bəzi opera qrupların tərkibində çıxış edirdi. İl Divo-yadək onun sadəcə sayılı ifaları var.
2003-cü ilin dekabrında Urs Büler dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və amerikal tenor David Miller yer alırlar.
Qrupun ilk albomu İl Divo adlanır. Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom - Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.