David Navara (çex. David Navara, 27 mart 1985[1], Praqa[1]) — Çexiya şahmatçısı, qrosmeyster (2002).
David Navara | |
---|---|
çex. David Navara | |
Ölkə | Çexiya |
Doğum tarixi | 27 mart 1985[1] (39 yaş) |
Doğum yeri | Praqa, Çexoslovakiya |
Titulu | Qrosmeyster (2002) |
Son reytinqi | 2735 (yanvar 2017) |
Maksimal reytinqi | 2751 (may 2015) |
FİDE nömrəsi | 309095 |
cmp.felk.cvut.cz/~navara… | |
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir.
Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi. O, birinci raundda ABŞ-dən olan Ivanovu məğlub etdi, lakin ikinci raundun taybreykində Rublevsky tərəfindən məğlub edildi. 2008-ci ildə Navara 5.5/13 (+2-4=7) nəticə ilə Baku Grand Prix turnirində iştirak etmişdir. Navara 2011-ci ildə Dünya Kubokunda iştirak etmiş və yarışın yarımfinalında Aleksandr Qrişçuka məğlub olmuşdur. Sonuncu Avropa Çempionatında isə o, ikinci yeri tutmuşdur.