Aleksandr Qrişçuk

Aleksandr Qrişçuk Rusiya qrosmeysteridir (1999). Qirşçuk Rusiya yığmasının tərkibində Dünya Şahmat Olimpiadasının 2 qat qalibi (2000, 2002), Dünya Komanda Çempionatının 3 qat qızıl mükafatçısıdır (2005, 2010, 2013). Rusiya Çempionu (2009), Blitz üzrə Dünya Çempionu (2006, 2012), Rusiyanın əməkdar idman məşqiçisidir (2013).

Aleksandr Qrişçuk
rus. Алекса́ндр И́горевич Грищу́к
Ölkə Rusiya Rusiya
Doğum tarixi (40 yaş)
Doğum yeri Moskva Rusiya Rusiya
Titulu qrosmeyster
Son reytinqi
  • 2.708 (iyun 2024)[1]
Maksimal reytinqi 2810 (Dekabr 2014)
FİDE nömrəsi 4126025
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrişçuk şahmat oynamağı 4 yaşında atasından öyrənmişdi. İlk məşqiçisi Mixayıl Qadvinskiy (Михаил Годвинский), sonrakı məşqiçiləri Anatoli Bıxovskiy (Анатолий Быховский) və Maksim Blox (Максим Блох) olmuşdur.

Şahmat bacarığı onda tez yaranmışdır: uşaq yaşlarından o milli və beynəlxalq turnirlərdə oynamışdı. İlk dəfələrdə o, Rusiyada keçirilən 10, 12, 14 və 16 yaşlılar arasında turnirlərdə qalib olmuşdur. 10 yaşlı şahmatçılar arasında Dünya Çempionatında ikinci yeri tutmuşdur. 14 yaşında Usta (master) titulunu, 16 yaşında qrosmeyster titulunu almışdır.

1998-ci ildə Rusiyada keçirilən böyüklər arasında çempionatda iştirak etmiş, 11 oyundan 5 xal yığaraq özünə diqqəti cəlb etmişdir. İlk böyük uğuru 1999-cu ilin noyabrında Sankt Peterburqda keçirilən Çiqorin (Чигорин) xatirə turnirində olmuşdur. Bu turnirdə o Sergey Volkovu əmsalda qabaqlayaraq birinci yeri tutmuşdur (9 oyundan 7 xal). Rusiya yığmasının tərkibində Batumidə keçirilən Avropa Çempionatında 9 oyundan 6 xal qazanmışdır (+3-0=6).

2000-ci ildə Qirşçuk (Ruslan Ponomariovla birgə) Torshavnda keçirilən turnirdə qalib gəlib, Dehlidə keçirilən FİDE-nin Dünya Nakaut Çempionatında iştirakçısı olmuş, yarımfinala qədər çatmış Aleksey Şirova məğlub olmuşdur. Rusiya komandasının tərkibində İstanbulda keçirilən Şahmat Olimpiadasının qalibi olmuşdir ( 10 oyundan 7.5 xal, +5-0=5).

FİDE-nin Dünya Nakaut Çempionatından sonra onu daha da prestiji oyuna dəvət etdilər. Linaresdə ilk belə turnirdə (2001) ikinci yeri qazanmışdı. 2002-ci ildə Veyk-an-Zee turnirində Evqeni Bareyevdən sonra Qirşçuk ikinci olmuş və Moskvadakı Aeroflot Open-də birinci yeri bölüşmüşdür. Dubaydakı sürətli şahmat turnirində (2002) finalda Peter Lekoya məğlub olaraq ikinci yeri tutmuşdur.

2004-ci ilin martında Poykovskiy turnirində Qrişçuk Sergey Rublyovskiy ilə birinci yeri paylaşmışdı. Elə həmin il FİDE-nin Tripolidə keçirdiyi Nokaut Çempionatında iştirak etmişdir, 1/4 finala qədər yüksəlmiş və çempionatın qalibinə məğlub olmuşdur (+1-1=0 0:2 sürətli şahmatda). 2004-cü ilin noyabrında Qrişçuk Rusiyada keçirilən 57-ci Çempionatda (superfinal) iştirak etmişdi, 10 oyundan 6 yığaraq (+3-1=6) Harri Kasparovdan sonra ikinci yeri tutmuşdur.

2005-ci ildə Qirşçuk Veyk-an-Zee turnirində (13 oyundan 7; +2-1=10, 4-7 yerlər), Poykovskidə (9 oyundan 5.5 xal; +3-1=5; 3-4 yerlər) oynamışdır. Maynsdə (Almaniyada) Chess Classic şahmat festivalı çərçivəsində 2005-ci ilin avqustunda Qrişçuk sürətli şahmat matçında Vişvanatan Ananda uduzdu (3:5, +2 −4 =2).

O blitzi çox məharətlə oynayır. Internet Chess Club-da blitz üzrə dünyada ən yüksək reytinq qazandı. 2006-cı ildə Pyotr Svidleri məğlub edərək blitz üzrə dünya çempionu oldu.

2009-cu ilin martın 7-də Qrişçuk əlavə əmsallarla Linares (Xaen)də birinci yeri tutdu, dekabrda isə Rusiya çempionu oldu.

2010-cu ildə Linaresdə beynəlxalq turnirdə ikinci yeri tutdu.

2011-ci ilin mayın 3-dən 27-nə kimi Kazanda keçirilən şahmat üzrə dünya çempionu namizədliyi turnirində iştirak etdi, 1/4 finalda Levon Aronyanı, 1/2 finalda isə Vladimir Kramniki məğlüb etdi. Finalda 2.5-3.5 hesabı ilə Boris Qelfanda məğlüb oldu.

2012-ci ildə Xantı-Mansidə keçirilən dünya kubokunda finala qədər çatıb, həmyerlisi Pyotr Svidlerə məğlub olmuşdur. Mükafatçılar sırasına daxil olaraq 2013-cü ilin mart-aprel aylarında Londonda keçirilən İddiaçılar Turnirinə qatıldı. Bu turnirdə +1-2=11 hesabı ilə 6-cı yeri tutdu.

2014-cu ilin noyabrında Tiqran Petrosyana həsr olunmuş TASHİR Beynəxalq turnirdə (Moskva, XX kateqoriya) 7 oyundan 5.5 xal toplayaraq 2966 reytinq performans göstərdi.

2015-ci ildə avqustun 30-da dünya çempionu Maqnus Karlsenə alib gələrək Mixail Çiqorin klubunun üzvü oldu.

Ukraynalı qrosmeyster Nataliya Jukova ilə evlidir.

İl Şəhər Turnir + = Nəticə Yer
1998 Sankt-Peterburq 51-ci Rusiya çempionatı 5 из 11 37-44
1999 Sankt-Peterburq Çiqorinin xatirə turniri 7 из 9 1
Batumi Şahmat üzrə Milli Komandaların Avropa çempionatı 3 0 6 6 из 10
2000 Torshavn Torshavn open из 1-2
İstanbul Şahmat Olimpiadası 5 0 5 7,5 из 10 1
2001 Linares (Xaen) Linares (Xaen) turniri 2 3 5 4,5 из 10 2-6
2002 Wijk aan Zee Veyk-an-Zee turniri 6 2 5 8,5 из 13 2
2002 Moskva Aeroflot Open 6,5 из 9 2
2003 Wijk aan Zee Veyk-an-Zee turniri 3 2 8 7 из 13 4
2004 Poykovskiy Poykovskiy 4 1 4 6 из 9 1-2
Moskva 57-ci Rusiya çempionatı 3 1 6 6 из 10 2
2005 Wijk aan Zee Veyk-an-Zee turniri 2 1 10 7 из 13 4-7
Poykovskiy Poykovskiy 3 1 5 5,5 из 9 3-4
Mayns Klassik Şahmat Mayns 2 4 2 3:5 Anandın qələbəsi
2008 Elista Qran-pri Elista 2008 4 1 8 8 из 13 1-3
2009 Linares (Xaen) 26-cı beynəlxalq turnir 3 1 10 8 из 14 1
Nalçik Qran-pri Nalçik 2009 4 3 6 7 из 13 4-5
Bilbao Bilbao 2009 2 2 2 3 из 6 2
Moskva 62-ci Rusiya çempionatı 4 0 5 6½ из 9 1
2010 Linares (Xaen) 27-ci beynəlxalq turnir 3 1 6 6 из 10 2
Xantı-Mansi 39-cu şahmat çempionatı 4 1 4 6 из 9 2(4)
Moskva 63-cü Rusiya Çempionatı 2 0 9 6½ из 11 3
2011 Wijk aan Zee 73-cü beynəlxaql turnir 1 5 7 4½ из 13 11—13
Moskva 64-cu Rusiya çempionatı 2 1 4 4 из 7 3
Kazan İddiaçılar turniri 2011 3 2 19 12½ из 24 2
Xantı-Mansi Şahmat üzrə Dünya Kuboku 2011 9 3 14 16 из 26 2
2014 Moskva Tiqran Petrosiyanın xatirə turniri 4 0 3 5½ из 7 1
2015 Berlin Blitz üzrə Dünya Çempionatı 15½ из 21 1
  1. FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.