Davud İbrahim — Hindistanın ən güclü cinayətkar qruplaşmasının rəhbəri, qlobal terrorçu; dünyanın ən güclü mafiya liderlərindən biri[1].
Davud İbrahim | |
---|---|
ing. Dawood Ibrahim hind. दाऊद इब्राहीम | |
Doğum tarixi | |
Fəaliyyəti | cinayətkar, Qanqster[d], terrorist, kriminal avtoritet |
Onun əsl adı Şeyx Davud İbrahim Kaskardır[1]. 1955-ci ildə anadan olmuşdur[1].
D.İbrahimin mütəşəkkil qruplaşması "D-Company" adı ilə tanınır, hazırda o, İnterpolun mütəşəkkil cinayətkarlığa və terrorçuluğa görə axtarışa verdiyi ən təhlükəli şəxslərdən biridir[1]. D.İbrahim dünyanın ən varlı terrorçusudur, onun kapitalının həcmi 6-7 milyard dollar, bəzi məlumatlara görə isə hətta 20 milyard dollardır[1].
D.İbrahim Bombey şəhərində 1993-cü ildə törədilən partlayışların, habelə 2003-cü ildə Hindistan parlamentinə edilən terror hücumunun və digər terror aksiyalarının təşkilində günahkar bilinir[1]. ABŞ Konqresi D.İbrahimi "əl-Qaidə" ilə bağlı olan ən təhlükəli terrorçular sırasına daxil edib. Birləşmiş Ştatlar 2003-cü ildə onu "qlobal terrorçu" elan edərək BMT Təhlükəsizlik Şurasında xüsusi qətnamənin çıxarılmasına nail olub. Buş administrasiyası isə D.İbrahimə və bəzi tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib[1]. D.İbrahim bütün dünya üzrə qeyri-leqal pul ötürmələrinin həyata keçirildiyi, "həvalə" kimi tanınan sistemin böyük hissəsinə nəzarət edir[1]. Bu sistem terrorçuların bir-birlərinə pul ötürməsi üçün geniş istifadə olunur[1]. Bildirilir ki, D.İbrahimin "əl-Qaidə" lideri Üsamə bin Ladenlə də əlaqələri olub[1].
Onun haqqında Hindistanın "Bolliwuud" studiyası çoxlu sayda film çəkib, əksər hind filmlərində mafiya lideri və qanqster obrazı D.İbrahimin personası üzərində qurulub[1].