İnterpol

İnterpol — Beynəlxalq Cinayət Polisi Təşkilatı (ICPO- International Criminal Police Organization, Interpol)-1923-cü ildə Vyanada beynəlxalq cinayət polisi komissiyası kimi təşkil olunmuş idarə. Qüvvədə olan Nizamnaməsi 1956-cı ildə qəbul edilmişdir. İnterpolun üzvü olan ölkələrdə Milli mərkəzi bürolar yaradılır. İnterpolun fəaliyyəti, əsasən, həddi-büluğa çatmamışların cinayətkarlığı, narkotik maddələrlə kontrabanda və onların qeyri-tibbi istifadəsi ilə, qəlp pulkəsmə və qiymətli kağızları saxtalaşdırma ilə, daxili və xarici mülki aviasiya xətlərində banditizm ilə mübarizəyə yönəldilmişdir. Hal-hazırda 190 ölkənin üzvlüyü var. Daimi iqəmətkahı Fransanın Lyon şəhərindədir.
Azərbaycan 04 noyabr 1992-ci ildən İnterpol üzvüdür.[1]

İnterpol
Interpol
Loqosu
Ümumi məlumatlar
Tipi Beynəlxalq təşkilat
Təsis tarixi 7 sentyabr 1923
Baş qərargahın yeri
Struktur
İşçi sayı 703 (2012)
interpol.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Arxivlənmiş surət". 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]