Davud Azad (6 oktyabr 1963, Urmiya) — iranlı müğənni və bəstəkar. Daha çox klassik avropa musiqisi ilə İran musiqisinin sintezini özündə cəmləyən "Ruminin divanı və Bax" albomu ilə tanınıb.[1]
Davud Azad | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 oktyabr 1963 (61 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, bəstəkar |
Fəaliyyət illəri | 1982 - günümüz |
Janr | Sufi musiqisi |
Musiqi alətləri | Tar, Sitar, Tanbur, Ud |
Vikianbarda əlaqəli mediafayllar |
Davud Azad 6 oktyabr 1963-cü ildə Urmiyada, azərbaycanlı ailədə anadan olub. 19 yaşında musiqi ilə məşğul olmağa başlayıb. 25 yaşında olanda ilk kasetləri işıq üzü görür. "Maktabe Tar Tabriz" adlanan bu lent yazısı o dövrdə bir çoxları üçün tarda ifa etmək üçün standarta çevrilir. Sufi musiqiləri ifa etməkdən və bəstəkarlıqdan başqa tar, sitar, tənbur, ud, dəf, və rübab kimi musiqi alətlərində də ifa edə bilir. Son 30 ildə keçirilinə bütün sufi yığıncaqlarında iştirak edib və Ruminin sözlərinə bəstələdiyi musiqiləri ifa edib. Bütün dünya üzrə Avropada, Şimali Amerikada, Latın Amerikasında, Avstraliyada, Hindistanda, Yaponiya və Butanda 300-dən çox festival və konsertlərdə iştirak edib. Davud Azad Oksford Universitetinə İran musiqisi və onun növləri haqqında mühazirə demək üçün çağırılmış ilk iranlı mühazirəçidir. Onun "Ruminin divanı və Bax" albomu iran musiqisi ilə klassik qərb musiqisinin ilk sintezi sayılır. Bu albomda ifa olunan musiqilər bir çox beynəlxalq festivallarda və radiolarda səsləndirilib[2].