Carçıyev Davud Hacıkərim oğlu (1929, Çaylı – 2007, Bakı) — əməkdar hüquqşünas,[1] hüquq elmləri doktoru.
Davud Carçıyev | |
---|---|
Carçıyev Davud Hacıkərim oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çaylı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Partiya | Kommunist partiyası |
Davud Carçıyev 1929-cu il, may ayının 1-də (daha doğrusu öz dilindən may ayının sonlarına yaxın) Qazax Rayonu Çaylı kəndində anadan olub.1946-cı ildə orta məktəbi gümüş medalla bitirmişdir. 1948 -ci ildə Qazax ( Qori) Müəllimlər İnistitunun tarix fakültəsini bitirmişdir. Lakin bununla kifayətlənməyən Carçıyev 1953-cü ildə Azərbaycan Dövlət Universitenin ( hazırki Bakı Dövlət Universiteti ) Hüquq fakültəsini fərqlənmə ilə bitirib. Hələ tələbə vaxtı Carçıyev Davud yazdığı elmi işinə görə tələbələr arasında keçirilən müsabiqədə ikinci yerə çıxaraq fərlənmişdir.
Carçıyev əmək fəaliyyətinə 1953-cü ildən ( Beyləqan, Şəmkir, Göyçay və s. rayonlarda) təyinat ilə - müstəntiq, baş müstəntiq vəzifələrində çalışmışdır. Sonralar öz doğma elində Qazaxda , 1955-ci ildən Azərbaycan Vəkillər Kolleqiyasının təftiş komissiyasının sədri kimi fəaliyət göstərmişdir.1991-ci il 04 fevralda “ Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası ” fəxri adını almışdır. Carçıyev dəfələrlə Respublikada məsləhət işlərində obyektivliyinə görə fəxri fərmanlarla, "Keçici Qırmızı Bayraq" -a layiq görülmşüdür.
1999-cu il 20 mayda Respublika Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə “Hüquq Doktoru” fəxri adını almışdır.
Davud Hacıkərim oğlu Carçıyev 2006-ci ildə vəfat etmişdir.