ÇaylıQazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar[1].
Çaylı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Coğaz çayının sahilində salındığına görə belə adlanmışdır. Qıraq Kəsəmən (Ağstafa rayonu) kəndindən çıxmış qızyetərli nəslindən olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisi əvvəllər qızyetərli nəslinin qışlaq yeri olmuşdur.[2]KəndQazax rayonudaDaş Salahlıdan sonra ikinci böyük kənddir. Kənddə 4 mindən çox ev, 14 mindən çox əhali var. Kəndin 2 ümumtəhsil orta məktəbi, 1 tibb məntəqəsi, 1 kənd klubu, 1 mədəniyyət evi, 2 kənd qəbristanlığı, 1 kənd EATS xidməti və s. var.
Çaylı Qazax rayonunun 38 yaşayış məntəqəsindən biridir. Kəndin tarixi təxminən XVII-XVIII əsrlərdən başlayır. Kəndin yeri çaylaq, meşəlik, bataqlıq olmuşdur. Kənd adını da burdan almışdır. Kəndə köç XVII əsrin əvvəllərindən başlamışdır. Köç edənlərin əksəriyyəti indiki Ağstafa rayonunun Kəsəmən kəndindən olmuşlar. Səbəb isə Çar Rusiyasının öz xidmətlərinə görə bu torpaqları hərbçilərindən birinə verməsi idi. Kəndə əvvəlcə 4 nəsil —Göşşüllülər (Göşşüyevlər), Bənnalar (Bənnayevlər), Qocalar (Qocayevlər), Çarçılılar (Carçıyevlər) gəlmişdir. Hazırda Göşşüllülər (Göşşüyevlər), Bənnalar (Bənnayevlər)və Qocalar (Qocayevlər) nəsli kənddə ən böyük nəsillərdən biridir.
ÇaylıQazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar; Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır.[3]
Hacı Kərim Sanılı (1878-1938) - şair-pedaqoq, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim, Bakı xalq maarifi şöbəsində inspektor.
Rauf Babaxanov (1929-1992) - Kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980), Azərbaycan Tibb İnstitunun kafedra müdiri (1969-1992), Əczaçılıq fakültəsinin dekanı (1969-1973). İlk dəfə "aromatik və tsikloparafin karbohidrogenlərin və onların müxtəlif törəmələrinin turşu tipli katalizator iştirakında müxtəlif doymamış halogenidlə alkilləşmə reaksiyası, reaksiyaya təsir edən amillər və onun mexanizminin öyrənilməsinə və sintez edilmiş maddələrin çevrilmə məhsullarına" aid orijinal tədqiqatlar aparmışdır.
Nəcəf Murquzov (1930-1995) — Alim, fizika-riyaziyyat elmləri doktoru Elmlər doktoru, Professor, Həsən bəy Zərdabi adına GDPİ-nin Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri (1978-1995). "Riyaziyyatın tədrisi metodikası" ixtisası üzrə respublikanın qərb bölgəsində ilk professor olmuşdur. "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və s. medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.
Mirzəli Murquzov (1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri. İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi.
Bilal Qoca (1938) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Qazax bölməsində ədəbi məsləhətçi.
Faiq Musayev (1952) - Alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru.
Davud Carçıyev (1929-2007) - Azərbaycan Respublikasının Əməkdar Hüquqşunası, Hüquq Elmləri doktoru, Azərbaycan Vəkillər Kollegiyasının təftiş komissiyasının sədri.
Murtuz Carçıyev – (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.1952-ci ildə yağ-pendir zavodunun direktoru, 1958-ci ildə kənd təsərrüfatı idarəsinin rəisi vəzifələrində çalışmışdır. “Lenin Ordeni” , “ Kənd təsərrüfatı əlaçısı” kimi fəxri mükafatlalarla mükafatlandırılmışdır.
Nəcməddin Hüseynov - Azərbaycan və Rusiya Peşəkar Rəssamlar ittifaqının üzvü. Beynəlxalq müasir incəsənət Akademiyasının fəxri üzvü və qızıl medalçısı. Avropa Təbiət Elmləri Akademiyasının Həqiqi üzvü.
Vahid Göyüşov (1936-1988) Fizika Elmləri namizədi- Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının müəllimi
Elşən Qapaqov (1975-) ASQ -nin zabiti, polkovnik
Aşıq Yaşar Gülümcanov (1975) --Azərbaycan aşığı
Məhərrəm Göyüşoğlu (1973) Hüquq müdafiəçisi, ictimai xadim, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin təsisçisi, sədri."Qərbxəbər.com" xəbər portalının və Qərb xəbər TV yootube kanalının təsisçisi və baş redaktoru
Ələddin Səfərov (1951-2003) Alim. Riyazi elmlər doktoru. Neft və qaz İnstitutunun şöbə müdürü.