Davud Məmmədbəyov

Davud Məmmədbəyov (tam adı: Davud İsa oğlu Məmmədbəyov; d. 15 yanvar 1933, Şağan, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqişünası, pedaqoqu, tarzəni və tədqiqatçısı, Moskva Dövlət Konservatoriyasının baş müəllimi və dosenti, Əməkdar incəsənət xadimi (1991).

Davud Məmmədbəyov
Davud İsa oğlu Məmmədbəyov
Ümumi məlumatlar
Doğum tarixi (91 yaş)
Doğum yeri Şağan, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ
Azərbaycan
Atası İsa Məmmədbəyov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqişünas, pedaqoq, tarzən, müəllim, tədqiqatçı
Fəaliyyət illəri 1957 – davam edir
Musiqi aləti tar
Təhsili Azərbaycan Dövlət Konservatoriyası (1952-1953)
Moskva Dövlət Konservatoriyası (1953-1957)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1991

Davud İsa oğlu Məmmədbəyov 15 yanvar 1933-cü ildə[1] Bakı şəhərinin Şağan kəndində anadan olmuşdur.[1] Uşaq yaşlarından musiqiyə həvəs göstərən Davud 7 yaşında ikən – 1940-ci ildə musiqi məktəbinə məhz tar ixtisası sinfi üzrə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün 1948-ci ildə Asəf Zeynallı adına Bakı Dövlət Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olmuşdur. Davud tar üzrə ixtisas dərsini tarzən-pedaqoq Adil Gəraydan, muğam fənnini pedaqoq Əhməd Bakıxanovdan almışdır.[2]

Bu illərdə Davud Məmmədbəyov təkcə tar sənətini öyrənməklə yanaşı, eyni zamanda musiqi tarixi və nəzəriyyəsini dərindən mənimsəmiş və bu sahədə ixtisasçı olmaq üçün müəllimlərinin təkidi ilə 1952-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq daxil olmuşdur. Bir il sonra o, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının II kursuna köçürülmüşdür.[1]

Məmmədbəyov konservatoriyanın V kursunu bitirəndə – 1957-ci ildə "Qara Qarayevin "Yeddi gözəl" baleti" mövzusunda diplom işini müvəffəqiyyətlə müdafiə edir və aspiranturada təhsili davam etdirməyə göndərilir.[2] Aspiranturada onun elmi rəhbəri musiqişünas-alim, professor, Rusiya Respublikasının əməkdar incəsənət xadimi Vladimir Protopopov olmuşdur. Aspiranturanı bitirdikdən sonra D. Məmmədbəyov musiqişünaslığa başlayaraq, bir sıra elmi və elmi-publisistik işlər və məqalələr yazıb çap etdirir. Bu işlərdə o, elmi baxımdan maraqlı müddəa və nəticələrə gəlir.[1]

D. Məmmədbəyov "Azərbaycan xalq lirik mahnıları" məcmuəsini toplayanı və nota köçürənidir. Bu məcmuə 1965-ci ildə Moskvanın "Muzıka" nəşriyyatında çap olunmuşdur. Əvvəl nota yazılmış mahnılarla yanaşı, həmçinin, D. Məmmədbəyovun nota yazdığı 15 xalq mahnısı və 7 xalq rəqsi məcmuəyə daxil edilmişdir.[2]

Davud Məmmədbəyov kitab və kitabçalarla yanaşı 50-dən artıq elmi məqalənin müəllifidir. Bu məqalələrdə bəstəkarların yaradıcılığı, onların yaradıcılığında xalq musiqisindən istifadə məsələləri və başqa aktual problemlər öz dolğun əksini tapmışdır.[1]

Davud Məmmədbəyov 60 ildən artıq müddətdə Moskva Dövlət Konservatoriyasının müəllimi, baş müəllimi, hal-hazırda isə dosentidir. O, bu 50 il ərzində konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında dərs deyir.[2]

Davud Məmmədbəyov 1991-ci ildə Azərbaycan musiqi sahəsində xidmətlərinə görə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Симфонические мугамы Ф. Амирова. Баку: Совет Композитор. 1961.
  • Фортепьянный концерт на арабские темы Ф. Амирова и Э. Назировой. Баку: Азернешр. 1964.
  • Азербайджанские народные лирические песни. Москва: Музыка. 1965.
  • Muğam ustası Əhməd Bakıxanov. Bakı: Azərnəşr. 1966.
  • Симфонический мугам "Гюлистан Баяти-Шираз" Ф. Амирова. Москва. 1992.
  • Zöhrabov, Ramiz. Görkəmli musiqişünas, təcrübəli pedaqoq Davud Məmmədbəyov. Bakı: "Xalq qəzeti". 2003.
  • Адыгёзалов, Васиф. Исследователь Давуд Мамедбеков. Баку. 1993.