Daydoci Yuzan

Daydoci Yuzan (大道寺 友山?, 163911 dekabr 1730, Edo[d]) və ya Daydoci Şiqesuke – Edo dövründə yaşamış Yaponiya samurayı və hərbi strategiyaçısı.

Daydoci Yuzan
yap. 大道寺友山
Doğum tarixi 1639[1][2][…]
Vəfat tarixi 11 dekabr 1730(1730-12-11)
Vəfat yeri
Fəaliyyəti Samuray

Daydoci Yuzan 1639-cu ildə Yaponiyanın Yamaşiro əyalətində[a] doğulmuşdur.[3] Hoco Ucinaqanın başçılığı altında hərb elmini öyrənmək məqsədilə Edo şəhərinə getmişdir.[3] Ayzu hanı üçün xidmət verməyə başlamış, lakin daha sonra xidmətdən çıxıb Edonun şimalına köçmüşdür.[3] O, yazıları ilə tanınmış, növbəti illərdə müxtəlif daymyoların dəvətlərini qəbul edərək səyahətlər etmişdir.[3]

Daydoci ən çox yazdığı "Budo Şoşin-şu" (武道初心集?, azərb. "Döyüşçünün yoluna giriş"‎) əsərinə görə tanınır.[3] Bu əsər onun sağlığında nəşr olunmasa da, konfusiçilik təsirindən uzaq qaldığı üçün buşidonun əhəmiyyətli tədqiqi hesab olunur.[3] Əsər Edo dövrünün sonlarında çox oxunmağa başlamışdır.[3] Daydocinin nəşr olunmamış digər əsərləri – "Oçiboşu""İvabuçi yava" Tokuqava İeyasu haqqında anekdotlar kolleksiyasıdır.[3]

  1. Swartz A. Shigesuke Daidōji // Open Library (ing.). 2007.
  2. Swartz A. Yūzan Daidōji // Open Library (ing.). 2007.
  3. 1 2 3 4 5 6 7 8 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 56. ISBN 0-87011-622-3. İstifadə tarixi: 8 dekabr 2022.