Dazıyarpaq topulqa

Dazıyarpaq topulqa (lat. Spiraea hypericifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.

Dazıyarpaq topulqa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirin cənubunda, Qafqaz, Türkiyə, Çin, Monqolustanda rast gəlinir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-1,5 m olan, düz dayanan, əyilmiş budaqlı, uzunömürlü koldur. Yumurtavari və ya lansetvari yarpaqları çox xırda, uzunluğu 3,5 sm-dək, eni 1,5 sm-dəkdir. Yarpaqların rənginin üstü boz-yaşıl, alt tərəfi açıq və ya göyümtül-yaşıldır. Mayın axırlarından təxminən 2 həftə diametri 5-7 sm, kiçik çiçək saplaqlarında 4-10 ağ çiçəkdən ibarət çətir çiçək qrupları olur. Ucunda 2-dən 5 dişiciyədək vardır. Meyvələri iyulda yetişir. 4 yaşından çiçəkləyir.

Qışa, quraqlığa davamlı, tarpağa tələbkar deyil.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Qrup əkinləri yaratmaq üçün tövsiyə olunur.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 489.