Değirmenburnu Təbiət Parkı (türk. Değirmenburnu Tabiat Parkı) ― Türkiyənin İstanbul ilində yerləşən təbiət parkı.
Değirmenburnu Təbiət Parkı | |
---|---|
Sahəsi | 12,28 hektar |
Yaradılma tarixi | 2011 |
Yerləşməsi | |
40°53′08″ şm. e. 29°05′55″ ş. u. | |
Ölkə | Türkiyə |
Yerləşməsi | Heybəliada, Adalar, İstanbul |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Değirmenburnu (hərfi mənası: "Dəyirman burnu") İstanbul vilayətinin cənub-şərqindəki Adalar səmtindəki Heybeliadanın şimalında yerləşir. Heybeliada Mərmərə dənizindəki doqquz adadan ibarət Şahzadələr adalarının ikinci böyüyüdür. Adanın şimalındakı bu ərazi 2011-ci ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 12,28 hektarlıq ərazini əhatə edir.[1][2]
Təbiət parkı açıq havada gəzinti və üzgüçülük fəaliyyətləri ilə birlikdə gündəlik fayton sürmə və velosiped icarəsi də təklif edir.[1] Parkda açıq hava kofe evi fəaliyyət göstərir.[2]
Heybeliada sanatoriyası, Halki Şərqi Pravoslav Kilsəsi və İlahiyyat Məktəbi və dəyirman kimi tarixi binalar parkın ərazisini ziyarət etmək üçün maraqlı yerlərdir.[1]
Parkın iqliminə Aralıq dənizi iqlimi təsir göstərir. Bölgənin yayı isti və quru, qışı isə mülayim və yağışlı keçir. Gecə ilə gündüz arasındakı istilik fərqi azdır. Ərazidə hakim külək şimal-qərb küləyidir. Küləklər il ərzində təsirli olur və fevral və iyun aylarında şimal-qərb istiqamətində güclü küləklər əsir. Mövsümi olaraq müşahidə edilən ən aşağı temperatur fevral ayında 4.3 °C (39.7 °F), ən yüksək temperatur isə iyul ayında 31 °C (88 °F)-dir. İyun və ya iyul aylarında belə nisbi rütubət 70%-dən aşağı düşmür.[1]
Təbiət parkının florası əsasən türk şamı (Pinus brutia), italiya şamı (Pinus pinea), sahil şamı (Pinus pinaster), göyəm (Prunus spinosa), nəcib dəfnə (Laurus nobilis), həmişayaşıl sərv (Cupressus sempervirens), iriçiçək maqnoliya (Magnolia grandiflora), Atlas sidri (Cedrus Atlantica), yapon əzgili (Eriobotrya japonica), cənub dağdağanı (Celtis australis), Cercis siliquastrum, Sistus creticus, qatırdırnağı (Spartium junceum), daşsarmaşığı (Hedera helix), Çin fotiniyası (Photinia serratifolia) və Carpobrotus acinaciformis-dən ibarətdir.[2]
Təbiət parkında müşahidə olunan heyvanlara məməlilərdən dələ, kirpi, dovşan, köstəbək, quş növlərindən isə müxtəlif qarğa növləri daxildir.[2]